Sərdar Əlibəyli nazirə məktub yazdı

Sərdar Əlibəyli

Yaxud, nazir Əli Abbasova və media başbilənlərinə açıq məktub

Əli Abbasov

Hə, cənab nazir Əli Abbasov, əziz Azərbaycan xalqı, hörmətli ictimaiyyətimiz və çox hörmətli media mənsubları! Deyəsən Sərdar Əlibəylinin rejim tərəfindən dalbadal məhkəməsiz və qanunsuz həbs olunan, yəni çapına yasaq qoyulan qəzetləri ilə (“Nota bene”, “Nota”, “P.S.Nota”, “Polad”) bağlı proseslər indi də eynən onun saytları ilə baş verməkdədi. Mən həbsdə olduğum zaman özümə də bəlli olmayan səbəblərlə “psnota.com” ünvanı ilə yayımlanan saytım bağlandı. Indi isə artıq bilirsiniz ki, 5 gün öncədən sahibi və redaktoru olduğum “ps-nota.com” saytına girə bilmirəm. Mənim bu sayta girib yazılar yerləşdirmək imkanım tam məhdudlaşdırılıb. Dünən bütün günüm bizi internetlə təmin edən ATS-lə danışıqlarda keçib. Bunlar mənə hansısa “statik İP” -dən danışıllar və deyillər ki, guya mən özüm bu İP vasitəsiylə sayta girişimi yasaqlamışam. Gülməlidi, deyilmi? Birincisi, mənim bu “aypi-maypi” kimi zaddardan başım çıxmaz. Ikincisi də, təsadüf elə gətirdi ki, mən sayta həmişəki qaydada yazı yerləşdirdiyim zaman, nə oldusa əvvəl şəkillər sayta köçməkdən imtina elədilər, sonra isə ümumiyyətlə girişim qapandı. Dünən ATS-dən mənimlə danışan mühəndis nə elədisə bir neçə dəqiqəlik saytın girişi bərpa olundu. Sonradan o, ya bilərəkdən, ya da bilməyərəkdən mənə belə bir söz də dedi ki, biz bu xətti açıq qoya bilmərik, çünki dövlətin işinə qarışmaq səlahiyyətimiz yoxdur. Bütün bunlar mənə onu deməyə əsas verir ki, saytımın işləyişinə əngəl eynən qəzetlərimin və bundan əvvəlki saytın durdurulmasında olduğu kimi yuxarılardan kiminsə ATS-ə zəng etməsi ilə bağlıdı.

Zatən mən hansı ölkədə eləcə də hansı şərtlərlə yaşadığımızın fərqindəyəm və belə şeylər artıq məni təəccübləndirmir. Bir də indi küllən Azərbaycan gah “olimpiya” gah da sadəcə “oyunlar” deyilən havaya, sözün bütün mənalarında, oynadılmaqdadır. Çox ola bilsin ki, belə bir zamanda Sərdar Əlibəylinin saytına yerləşdirilən yazılar hamının oynadılmağa cəhd oluduğu havada xaric səs kimi görünür. Amma bu da kimsəyə ixtiyar verməz ki, xaric olsa belə o səsi kəssin. Bu mənada, hələlik Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasova birbaşa müraciət edir və dərhal mənim saytımın işləməsinə yaradılan əngəlin aradan qaldırılmasını tələb eləyirəm.

Drujno jit

Enində-sonunda burası konstitusiyalı monorxiya deyil, respublikadı. Və bu respublikanın vətəndaşı olaraq onun konstitusiyasına əməl olunmasını, həmin konstitusiyanın bütün vətəndaşlar kimi mənə də tanıdığı hüquqlara bu cür kobud müdaxiləni tam qanunsuz və yersiz hesab edirəm. Cənab nazirin diqqətinə onu da çatdırıram ki, hüquqlarımın bu cür kobud şəkildə tapdanmasına dözmək ya da göz yummaq fikrim yoxdu və onların bərpası üçün qısa müddətdə real addımlar atılmayacaqsa, ata biləcəyim növbəti addımlar ən azı indiki zamanda istər nazirliyin, istərsə də bütövlükdə dövlətin imicinə ciddi zərbə vuracaq. Bir Allah şahidimdi ki, ən azı indiki situasiyada mən bunu istəmirəm. Amma bununla yanaşı, vətəndaş haqlarımın bu cür pozulması da artıq qeyd etdiyim kimi dözülməz haldı. Ona görə də cənab Əli Abbasovun da tutduqları mövqe və vəzifə etibarilə mənim vətəndaş hüquqlarımı pozan cənabların da diqqətinə məhşur cizgi filmlərinin birindən qalan sitatı çatdırıram:

«РЕБЯТА, ДАВАЙТЕ ЖИТЬ ДРУЖНО»

P.S. Beş gündü ki, yaşanan bu rəzalətə Azərbaycanın özünü aparıcı sayan mətbu orqanlarının və media mənsublarının münasibətini qəti qanammıram. Onu da anlayıram ki, biriləri daha çox KİVDYF-dən aldıqları və almağa çalışdıqları qonararlar, birilərini isə yenə həmin xətlə paylanacağı gözlənilər “jurnalist evləri” düşündürür. Olsin da, amma mən bir dəfə ictimai palatanın toplantısında demişdim ki, dənizdə xırda balıqların sayı tükəndikcə, körək balıqları bir-birini, balinalar isə onları yeməyə məcbur və məhkumdu. Bir daha özlərini böyük sayanlara, yaxud da başımıza böyük qılınanlara illər öncə dediyim bu sözlər barəsində düşünməyi xatırlatmağı özümə borc biliurəm. Və sizə də rica edərək

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button