Rubrikalar: GÜNDƏM SİYASƏT XuralTAC

“Sərdar Cəlaloğlu, niyə ağlına gələni danışırsan? Patruşevlə görüşdə idin?..”

Bu gün Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, o cümlədən hakim Yeni Azərbaycan Partiyasının və QHT təmsilçilərinin iştirakı ilə “Park İNN” otelində keçirilən dəyirmi masa zamanı Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə görə mübahisə yaranıb.

Virtualaz.org yerli KİV-lərə istinadən xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlu Patruşevin Bakıya səfəri zamanı “20 yanvarda olduğu kimi üsyan qalxsa” daxili qoşunların “ qarşı yeridilməli” olduğunu deyib. Habelə Rusiyanın Azərbaycan məmurlarına “Dostluq” ordeni verməsini şübhəli sayıb.

YAP icra katibi Əli Əhmədov isə Sərdar Cəlaloğlunu “ağlına gələni danışmaqda” günahlandırıb.

“Sərdar Cəlaloğlu, sən bildirdin ki,  danışıqlarda Patruşev “20 yanvarda olduğu kimi üsyan olsa, daxili qoşunlar xalqa qarşı qaldırılsın”, deyib. Sən bəyəm o danışıqlarda iştirak etmisən ki? Bilmədiyin halda burda niyə ağlına gələn bəyanatları səsləndirirsən?”,-o deyib.

Ə.Əhmədov onu da deyib ki, hazırda bu toplantıda dedi-qodu ilə məşğul olmaq doğru deyil: “Bütün məsələləri müzakirə etməyə çalışsaq, heç nəyə nail ola bilməyəcəyik. Qəlbimizdə olan bütün məsələləri bura tökmək istəyiriksə, bu, başqa məsələdir. 90-cı illəri hamımız xatırlayırıq. Bu günkü Azərbaycanla o günkü Azərbaycanı müqayisə etmək, bugünkü Azərbaycanı tənqid atəşinə tutmaq doğru deyil. 30 il əvvəlki Azərbaycan indiki kimi idi? Neft pullarının xərclənməsi deyirsiz. Bakının gözəlləşməsi, ölkənin inkişafı üçün sərf edilən vəsaitlər var”.

Sərdar Cəlaloğlu yerindən atmaca atıb: “O milyardları nazirlərə vermişiniz…”

ADP sədrinin Qarabağ məsələsi barədə danışdıqları da YAP icra katibinin etirazına səbəb olub.

“Niyə digər münaqişələrlə bağlı da Minsk Qrupu kimi vasitəçi təşkilat yoxdur?” Minsk qrupunun məqsədi Qarabağı hansısa formada Azərbaycandan alıb, Ermənistana verməkdir”,-Cəlaloğlu deyib.

Əli Əhmədov isə deyib ki,  heç bir beynəlxlaq təşkilatın hansısa dövlətin daxili işlərinə müdaxilə etmək səlahiyyəti yoxdur: “Minsk Qrupu kimi təsisatlar sadəcə vasitəçilik funksiyasını yerinə yetirə bilər. Bu və ya digər məqamlarda qeyri-ciddi arqumentlər gətirməklə mətbuata insanları çaşdıran fikirlər yönəltmək düzgün deyil”.

Paylaş:

Son Əlavələr

  • XuralTAC

Minsk qrupunun sabiq amerikalı həmsədrindən sensasion təklif

ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağın BMT-nin protektoratı altına verilməsi barədə sensasion təkliflə çıxış edib. Virtualaz.org bildirir…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

“Kükreyen aslanlarız, deviz, atəşiz, kanız…”-VİDEO

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən və iyulun 29-dan başlayan birgə irimiqyaslı hərbi təlimlərdən yeni görüntü paylaşıb. Virtualaz.org xəbər verir…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

“Ərdoğan xəritəni yenidən çəkir” – Şok iddia

Fransada nəşr olunan “Le Figaro” qəzetində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fateh Sultan Məhmətə bənzədilib. Teleqraf.com xəbər verir ki, sözügedən məqalə…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Baş prokuror və hərbi prokurora əlavə müavin vəzifələri təsis edilib

Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında aparılan struktur islahatlardan danışıb. Musavat.com-un məlumatına görə, avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olundu-Bu gündən

Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Razi Nurullayev MM-də sərt danışdı: “Bəsdirin millətin əsəblərini korladınız, hər kəsi psixoz etmisiniz”

“Büdcəyə edilən dəyişikliklər yaxşıdır. İndi bütün Azərbaycanın gözü bizdədir ki, bu dəyişikliklər onların həyatında nələri dəyişəcək. Hesablama etmişəm ki, ölkədə…

5 Avqust 2020
Xural.COM