Sərhəddin qərb hissəsində gərginlik, erməni postu məhv edilib-VİDEO

Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində gərginlik iyulun 13-də gecə də davam edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan bölmələri erməni tərəfin dayaq məntəqəsini, artilleriya qurğularını, hərbi hissəsi ərazisində avtomobil texnikasını və canlı qüvvəsini məhv edib.

Döyüşdə Azərbaycan ordusunun hərbi qulluqçusu, baş leytenant Rəşad Mahmudov şəhid olub.

“Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır, düşmənə qarşı cəza tədbirləri həyata keçirilir. Düşmən itki haqda məlumatları gizlədir”, – məlumatda deyilir.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button