Səadət Cahangir şeirləri: “Nə gedənlər qayıdar, nə gözlənənlər gələr…”

Səadət Cahangir

 

Hələ yorğun üstünə
bir də bu şəhər gələr,
nə gedənlər qayıdar,
nə gözlənənlər gələr…

bir şəhərdi, dənizi
qapalı ayrılıqla,
yoxsa üzüb gələrdim
balaca bir qayıqla…

bu axşam sənə küsmüş
ürəyimə dedim ki,
bir az da səndən çəkim,
nələrdən çəkmədim ki…

doyurdum acıları,
qəhri, tütünü çəkdim,
yandıqca su çilədim,
üstdən ütünü çəkdim…

çəkdim, elə cızladı,
gözümdən yaşı çıxdı,
“qəlb” dedik, yana-yana
qapqara daşı çıxdı…

bir az da səndən çəkim,
çəkim elə tən gələr,
bəlkə gedənlər dönər
və gözlənənlər gələr…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button