Səadət Cahangir şeirlərindən: “Yolçu yalnızlığım yetər səni xatırlamağa…”

Səadət Cahangir

Şairə

 

Bu qəfil başlayan yağmur,
fəsil dəyişmiş hava,
bu qatar pəncərəsindən boylanan
yolçu yalnızlığım
yetər səni xatırlamağa…

 

bəlkə bu qatarda hamımız
ümid deyə aldanıb
yolda qalmış adamlarıq,
yaşanmış yaşananlar bir kərə,
indi xatirə dolu çantalarda
yorğunca şəhərə daşınır
yalnızlıqlar,
azadlıqlar hücrələrə…

 

budu… gecə yağmuruna islaq
vağzala enirik,
qol saatımda pozuq vaxt,
bir taksi tələsik alıb gedir fikirlərimi-
qarşıda yağmurlu gecənin
ev havası – darıxmaq…

 

gecə fənərləri solğun küçələrdən
keçirik,
taksi yaxın ünvana gedir, fikirlərim uzağa,
indi o evdə bir fincan çay yalnızlığı gözləyir,
bir həzin şeir səni xatırlamağa…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button