Səadət Cahangir yazır: “Yandı bütün körpülər…”-ŞEİR

Səadət Cahangir

 

Ayrılıq xəbərləri
yenə ard-arda gəlmiş,
qışdan qalan kədərin
soyuğu marta gəlmiş…

nə vardı ki, səninlə
qış-yaz birdi o vaxtlar,
qar gözləyə-gözləyə
çiçəklərdi qovaqlar…

indi üşüdür adam
bir az darıxanda da,
pəncərə qırılanda,
havalar sınanda da…

nə vardısa səninlə
hamısı heçdi, getdi,
yandı bütün körpülər,
kim vardı keçdi, getdi…

gəl indi bir məzar qaz
sənsiz illərin üstdən,
arabir darıxanda
gəlim gül dərim üstdən…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button