Səddam Hüseynin məşuqəsi: “Mən Səddama vurulmuşdum”- MEMUAR

mesuqe esas.jpg

İraqın keçmiş prezidenti Səddam Hüseynin məşuqəsi olmuş yunan əsilli Parisule Lampsosyazdığı memuarda diktatorla münasibətləri barədə maraqlı məqamları açıqlyıb.

Lampsos yazıb ki, onun Səddamla ilk görüşü 1968-ci ildə Bağdadda olub. Onda qızın 16 yaşı varmış. O zaman onlar qardaşları və valideynləri ilə birgə yaşayırmışlar.

“Mənim Səddamla münasibətlərim uzun müddət davam edib” – deyə Lampsos qeyd edib. Onlar 30 il müddətində əlaqə saxlayıblar. İlk görüşü zamanı Səddamın 30-a yaxın yaşı varmış. Tanış olduqları gün gələcək diktatorun əynində mavi rəngli ipək kostyum, ağ köynək olub.

Lampsos yazır ki, Səddam çox şıq görünürmüş və ilk baxışdan qızın xoşuna gəlib: “Mən ilk növbədə onun gözlərinə baxdım. Belə qeyri-adi göz heç vaxt görməmişdim. Onun gözləri metal kimi parlayırdı. Bir neçə saniyədən sonra Səddama dedim: “Sizin gözləriniz vəhşi heyvanın gözlərinə oxşayır. Çox soyuq və amansız baxışlarınız var”. Əgər kimsə başqa bir adam bu sözləri desəydi, yəqin ölümə məhkum edilərdi. Amma mənim sözlərimə Səddam ləzzətlə güldü”.

mesuqe seddam.jpg

Bir qədər sonra onlar Səddamla ikilikdə qalıblar. Qızı belindən qucaqlayan Səddam başqa bir qapını şaqqıltı ilə açaraq qızı bütünlüklə ağ rəngdə olan yataq otağındakı çarpayıya tərəf itələyib. Lampsos yazır ki, yataq otağının ortasında nəhəng, ağappaq örtüklərlə bəzənmiş çarpayı var idi. Bu çarpayının ortasına isə bir ədəd qızılgül qoyulmuşdu.

“Səddamın otağı mənə görə belə döşətdirməsi özümə qarşı olan incə kompliment kimi xoşuma gəldi. Ağ mələfənin üstünə qoyulmuş qızılgül isə mənim ağlımı əməlli başlı əlimdən aldı. Mən Səddamın yatağına bakirə qız kimi girdim, amma qadın kimi çıxdım. Həmin gecəni heç vaxt unuda bilmirəm”- deyə Lampsos yazır.

O, daha sonra qeyd edir: “İndi bilirəm ki, məndən başqa Səddamın yatağından minlərlə qadın keçib. Amma o zaman çox gənc bir qız idim və bu barədə düşünmürdüm. Mən Səddama vurulmuşdum. O, mənə elə həzz bəxş etdi ki, mən bunu xəyalıma belə gətirə bilməzdim”.

Diktatorun məşuqəsinin yazdığına görə, o, sonradan bilib ki, Səddam Hüseyn klanından olan kişiləri qadınla təhciz eləmək üçün xüsusi əməkdaşlar varmış. Onların vəzifəsi sahib üçün təzə-tər və gözəgəlimli qızları tapmaq olub. Onlar qızları müxtəlif aldadıcı vədlərlə şirnikləndirib gətirirmişlər.

Əvvəlki açıqlamalarında Lampsos jurnalistlərə bildirmişdi ki, Səddam sarışın qızları sevirmiş.

Seddam_Parisula.jpg

Səddamın Qərbə qaça bilmiş şəxsi tərcuməçisi Həmid Əl-Ravi o zaman bildirmişdi ki, o, həm də Qərbin ən elitar fahişəxanalarından ağ sarışın qızların saraya daşınması işinə baxıb. Həmid əvvəl namizədləri seçir, sonra onların pronofotosunu diplomatik poçtla Bağdada –  Səddama göndərirmiş. Səddam da xoşuna gəldiyi qızları seçəndən sonra, bu gənc fahişələr xüsusi reyslə İraqa gətirilirmiş. Həmid təsdiq edib ki, onun gətridyi 3 qız sonradan geri qayıtmayıb.

Qeyd edək ki, Parisula Lampsos ilk dəfə 2000-ci ildə ABC telekampaniyasına intervyüdən sonra məhşurlaşıb. Qadın bu intervyüdə tiranın intim həyatı barədə detallı danışmışdı. Onun sözlərinə görə, Səddam Hüseyn saçlarını rəngləyirmiş, qırışlara qarşı bitki maskalarından istifadə edirmiş. Keçmiş məşuqə xatirələrində qeyd edib ki, Səddam potensiyanın artmasına kömək edən peraparatlardan istifadə edirmiş. Ət yeməklərinə üstünlük verən Səddam Hüseyn paltarlarını “Pyer Karden”dən geyinirmiş. “Xaç atası” filminə baxmağı  sevən diktator həmçinin Frenk Sinatranın müsiqiləri altında rəqs etməyi xoşlayırmış.

mesuqe kitab rus.jpg

Bir sıra məlumatlara görə, ABŞ əsgərləri Səddam Hüseynin sarayını ələ keçirəndə orada diktatorun əylənməsi üçün olan xüsusi otağın olduğunu da aşkar etmişdilər.

Qeyd edək ki, indi 59 yaşında olan Parisula Lapmsos Səddam Hüseyn devrilməmişdən bir il əvvəl İraqdan qaça bilib. Hazırda Livanda  qapalı həyat yaşayan bu xanım şəhərdə çarşab örtərək gəzir. O, bunun təhlükəsizliyi üçün vacib olduğunu deyib.

X.SƏFƏROĞLU 

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button