Səfər Əbiyev özü haqqında kitab yazdırıb

Müdafiə nazirinin israrla özünü “Türk” çıxarmasının altında hansı məqsədlər yatır?

XuralTAC-a daxil olan məlumatlara görə, Azərbaycanın Müdafiə naziri Səfər Əbiyev həyatından və nəsil-şəcərəsindən bəhs edən bir kitab dərc etdirib. Buna səbəb illərdir Müdafiə nazirinin haqqında səsləndirilən iddialara cavab verməkdir. Məlumatlı mənbənin məlumatlarına görə, nazir haqqında kitab məhz Türkiyədə və Türkiyə türkcəsində nəşr olunub və Azərbaycana bu kitabdan çox məhdud sayda gətirilib. Bunun da Azərbaycansayağı səbəbi varmış. Cənab Müdafiə naziri haqqında səsləndirilən “Türk deyil” ittihamını məhz bu ölkədə sübut etmək üçün kitabı da burada və Türkiyə türkcəsində dərc etdirib.

Kitabın nəfis tərtibatla çap olunduğu bildirilir. Müəlliflər kitab boyu Səfər Əbiyevin Türk millətinə mənsub olduğunu sübut etməyə çalışıblar və bunu etdikləri qənaətinə gəliblər. XuralTAC-ı məlumatlandıran mənbə kitab haqqında daha ətraflı məlumat verə bilməyəcəyini söylədi və fikirlərini belə yekunlaşdırdı: “Müdafiə naziri nədənsə Türkiyədə dərc olunan kitabın Azərbaycanda yayılmasını arzulamır. Bu da o qənaəti yaradır ki, cənab nazir kitabı və “mən də Türkəm” iddiasını sadəcə Türkiyə üçün yazdırıb. Elə isə təbii suallar meydana çıxır. Səfər Əbiyev niyə məhz Türkiyəyə hesabat verircəsinə, Türk olması haqqında kitabı Türkiyədə nəşr etdirir? Cənab general bir narahatçılıqmı yaşayır və əcəba, bu narahatçılığın arxasında nə dayanır? Əgər bir insan Türkdürsə, bunu bir yerlərə sübut etmək üçün mütləq kitabmı yazdırmaq lazımdır? Nədən bu təlaş?”

Məsələ diqqətimizi çəkdi və Müdafiə Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlamağa çalışdıq. Cəhdlərimiz baş tutmadı. MN MX rəhbəri polkovnik-leytenant Eldar Sabiroğlunu bir türlü yürində tapa bilmədik.

XuralTAC

“Xural” qəzeti,

 il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Mən bu məqaləyə münasibət bildirib deyirəm ki,bu kitab yəqin ki,nazirin özü üçün lazım olan bir xatirədir və ona görə də o kitabın nəşrini əngəlliyib.Lakin bir məsələni də qeyd etməliyəm ki,əgər MN postunda bu müddətdə (17 il) hər hansı bir kəs olsaydı,əqidəsindən, milliyətindən,mənsubiyyətindən və s. asılı olmayaraq bu müddətdə o,özünü “itirərdi” və başqa-başqa iddialara düşərdi.Lakin mən MN-ə minnətdaram ki,onun rəhbərliyi dövründə
    -bu gün ölkəmizdə reqionun ən güclü ordusu yaranıbdır;
    -orduya cəmiiyyətin bir çox problemlərinin (haqsızlıq,qatı rüşvətxorluq,qohumbazlıq) sirayət etməsi,mənəvi və etik dəyərlərin itirilməsi,keçilmiş xidmət və hətta təhsil səviyyəsinin nəzərə alınmaması,savadsızlığın hökm sürməsi və s.təhlükəli tendensiyaların ordu sıralarına yaxın buraxılmaması kimi bir sıra önəmli tədbirlər görülmüşdür-bu günkü şəraitin tələblərinə uyğun olaraq,vətəndaşların müddətli hərbi xidmətə çaöırılmasının kütləvilişdirilməsinə və xidmətin ağırlıqlarına dözməyin vacibliyinə hələ mülki həyatdan başlanmasının zərurətinə nail olmuşdur.
    -əgər tələb varsa daha çox yaza bilərdim,lakin bu səhifəni reklama həsr etmək istəmirəm.Hər birinizə salamlar.Целую!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button