Şəhid bacısı Rüstəm Usubovdan imdad diləyir-MÜRACİƏT

Xural.com-un verdiyi məlumata görə, Bərdə rayonu, yeni qəsəbə, bina 1, mənzil 18-də yaşayan Xocali rayon sakini, ikinci qrup Qarabag əlili, şəhid bacısı Cavadova Telyanə Ədil qızı tərəfindən Baş prokurorun birinci müavini cənab Rüstəm Usubova məktub-ərizə göndərilib. Ərizədə deyilir:

“Cənab prokuror, qeyd edim ki, altı oğul və üç qız övladım var.

Hal-hazırda yuxarıda bildirdiyim ünvanda yaşayıram. Həyat yoldaşım ikinci qrup Qarabağ əlili və müharibə veteranı olub. Cəlilabad rayon prokuroru Taryel Ələkbərov və onun izahatı dəyişdirən müstəntiqlərinin saxtakarlığı ucbatından həyat yoldaşım 2017-ci il noyabr ayının 16-da əsəbdən yataq xəstəsi oldu və dünyasını dəyişdi. Sizin qəbulunuza düşmək üçün ikinci dəfə müraciət edirəm. Qeyd edim ki, Cəlilabad rayon prokurorluğunun çıxardığı qərarın saxta və sövdələşərək hazırlandığına dair sübut və faktlarımızı baş prokurorluğa təqdim etmişik. Bundan sonra Cəlilabad prokurorluğunda çıxarılan qərar ləvğ olunaraq, işin yenidən araşdırılması üçün Lənkəran rayon prokurorluğuna həvalə olunub. Buna baxmayaraq, Taryel Ələkbərovun göstərişi ilə Lənkəran rayon prokurorluğu istintaq işini aparmır. Əksinə, süründürməçilik edir. Bu işi ilk araşdıran polis istintaqa dəvət olunmur, qeyd edilir ki, onun ifadəsi alınıb. Mağazadan oğurluq edən mütəşəkkil dəstənin başçısı İlqar Quliyev pulları öncədən əlbir olduğu şəxsə və ya şəxslərə ötürüb. Yəni Tərtərdə yaşayan ailə üzvlərinin adına “Kapital bank”ın Cəliləbad rayon filialı vasitəsi ilə köçürdüyünə dair şahidlər var. Onların, yəni şahidlərin ifadələri olsa belə, nə Cəliləbad, nə də Lənkəran rayon prokurorluğu “Kapital bank”a bu məsələyə görə sorğu göndərməyib.

Bu məsələ ilə bağlı dəfələrlə müraciət ünvanlasam belə heç bir əsas gətirilmədən “Kapital bank”a sorğu göndərilmir. Aprel ayının 23-də baş prokurorluqda Lənkəran üzrə kurator olan Zaur müəllimin qəbulunda olarkən anladım ki, artıq işin araşdırılmaması üçün bəhanə axtarılır. Zaur müəllim deyir ki, “Kapital bank” sorğuya cavab verməkdən imtina edir. Əslində isə sorğunu “Beynəlxalq bank”a göndərib cavab alıblar. Biz də müraciət edəndə qeyd etmişik ki, Tərtərdə “Beynəlxalq bank”ın filialı olmadığı üçün onlar köçürmələri “Kapital bank” üzərindən həyata keçiriblər. Cənab prokuror, bank sorğuya cavab verməyə bilərmi? Mən sizdən bir ağbirçək ana kimi xaiş edirəm, məni və mənim ailəmin rəsmi sözcüsü olan Səfər Cavadovu qəbul edəsiniz.

Bu müraciətdə qeyd etdiklərim olunan saxtakarlıqların heç 1 faizi belə deyil. Bütün fakt və dəlilləri disk şəklində sizə təqdim etmək istəyirəm. Lənkəran rayon prokurorluğunda bu işin həvalə olunduğu şəxs, Təbriz müəllim isə otaq telefonunun işləməməsi bəhanəsi ilə bizimlə əlaqədən yayınır. Burdan da belə bir qənaətə gəlirik ki, Təbriz müəllim də oğruları müdafiə edir.

Həmçinin müstəntiq Təbriz deyir ki, İlqar Quliyev “Kapital bank” vasitəsilə evinə göndərdiyi pulu bəlkə yoldan tapıb, bəlkə heç sizin pul deyil.

İşi araşdıran müstəntiqin bu tərz yanaşması artıq nəticənin ədalətli araşdırılmayacağına işarədir.

Cenab prokuror, sizdən bir daha xahiş edirəm ki, bizim ailənin başına gətirilən müsibətlərə biganə qalmayasız, diqqətdə saxlayasız, işi daha dəqiqliyi ilə sizə çatdırmağımız üçün bizi qəbul edəsiniz.”

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button