Şəhidlər unudulmur

Hökumə Alıyeva
Tovuz rayonu, Əlimərdanlı kəndi

20 Yanvar şəhidləri İlham-Fərizəyə həsr edirəm…

Uzun illər yoxluğun,
Dağ çəkir bu millətə.
İlham-Fərizə deyə,
And içirik ibrətə.

20 Yanvar deyəndə,
Yada düşür gör nələr…
Tank altında əzilən,
O günahsız körpələr.

20 Yanvar deyəndə,
Analar ağlar qalır.
Qisas deyər, hər igid,
Döyüş marşını çalır.

Qiyam idi həmən gün,
Xalqı avam bildilər.
İlhamlı bir İlhamı,
Kürəyindən vurdular.

Neçə oğulum-qızım,
Şəhıd oldu o gündə.
Unudulmur qanları,
Xatırlanır hər ildə.

Bayatılar

İlham-Fərizəyə həsr olunur…

Anam ağlar gecələr,
Dərd yol alar, gecələr,
Düşmən yarası aldım
O qaranlıq gecələr.

Fərizəyəm, ağlaram,
Qəlbimə daş bağlaram,
Tək yaşamaq çox çətin
İlhama bel bağlaram.

Fərizəyəm, gülərəm,
Mən yenidən gülərəm,
Buralar çox qəriblik
İlhamıma gələrəm.

Analar qəm ağlayır,
Gözündə sel çağlayır,
Sevgililər qəbrinə
Sevənlər gül bağlayır.

Bizdən aralı dağlar,
Qəlbi yaralı dağlar,
Yaralarım versə qan
Anam yaramı bağlar.

“Xural” qəzeti
il: 9, sayı: 004(412), 30 yanvar – 05 fevral 2011-ci il

Əlaqəli məqalələr

7 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button