Şəhla İsmayıl: “Səhlənkarlıq və korrupsiya azaldılmalıdır…”

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) sədri Şəhla İsmayıl 27 iyun 2019-cu ildə start verilən “Haqqına Sahib Çıx!” kampaniyası haqqında yazıb. Xural.com Şəhla İsmayılın facebook səhifəsində yazdığı yazını təqdim edir:

 

“Əsas məqsədi Azərbaycanda reproduktiv sağlamlıq və hüquqlarla bağlı dövlətin və ictimaiyyətin mövqeyini dəyişmək yolu ilə reproduktiv sağlamlıq sahəsində səhlənkarlıq və korrupsiyanın azaldılması olan “HAQQINA SAHİB ÇIX!” Kampaniyasına start verildi.

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) Azərbaycanda səhiyyə sistemindəki, xüsusilə qadınların reproduktiv sağlamlıq və hüquqları sahəsindəki çatışmazlıqların miqyasını anlayaraq və bu sahədəki məsələlərin həlli üçün tədbirlər görülməsi zərurətini qəbul edərək bu Kampaniyanın 2016-cı ildə əsasını qoymuş və 2017-ci ildə 7 nəfərdən ibarət “Haqqına Sahib Çıx!” İşçi Qrupunu təsis etmişdir. Bir vətəndaş təşəbbüsü olan Kampaniya 5 əsas istiqamətdə – maarifləndirmə, monitorinq, müdafiə, ictimai vəkillik və şəbəkələşmə sahələrində fəaliyyət göstərir. Kampaniyanın əsas resursu www.cyr.az saytıdır ki, vətəndaşlara sorğuda iştirak etməyə və hekayəsini paylaşmağa şərait yaradaraq Haqqına Sahib Çıxmasına sövq edir.

Kampaniyanın bu günədək ərsəyə gəlməsində onlarla insanın töhfəsi olubdur ki, onların bir qisimini məmnuniyyətlə və qürurla qeyd etmək istərdim. İlk öncə RİQC-in möhtəşəm komandası Kaklik KarimliLeyla OrucovaMabila MursalovaLeyla IskandarovaRigina Bakhshaliyeva və Nisa Hajiyevaya; daha sonra, İşçi Qrupunun üzvləri Vasif IsmayılEvez ZeynalliIlhamiyya RzaTahmina Taghi-ZadaNicat Gozalov və Azer Mehtiyev – hər birinizə dərin və sonsuz təşəkkürümü bildirirəm.

Həmçinin, açılış tədbirinin möhtəşəmliyini təmin edən və yaradıcı ideyalarla məni özünə məftun edən Samira Jafarova, “Haqqına Sahib Çıx! videoçarxının prodüsseri Melahet Qisuri Zeynallı və nəhayət, www.cyr.az saytının tərtibatçısı Khayal Mammadova minnətdarlığımı bildirirəm. Tədbirimizi quruluş rəqslərlə bəzəyən “Mirvari” grupuna və onun rəhbəri və xoreografı Nailə Məmmədzadəyə də minnətdarlığımı bildirirəm. RİQC-in sifarişi ilə #LeylaDanışır silsiləsi üçün 10 real keyzi vizuallaşdıran illüstrator Olga Nesnova və quruluşçu Lisa Pejemskayaya da təşəkkürümü bildirirəm.

Bu Kampaniyaya uzaqdan-yaxından dəstək verən hələlik yüzlərlə insanlara mütəşəkkirəm. Elə açılış tədbiri zamanı rəmzi xarakter daşıyan reproduktiv sağlamlıq haqqında Qanunun qəbul olunmasına həsr olunmuş İMZA aksiyası zamanı bizə inanıb imzasını qoyanlara bir daha ÇOX SAĞ OLUN deyirəm.

İşimiz isə hələ indi başlayır və bizə dəstək olmaq istəyirsinizsə www.cyr.az saytına daxil olun və
cəmi bir neçə dəqiqənizi alan 3 addımı atın:
– Aksiyalarımızda iştirak edin
– Məlumatlarımızı paylaşın
– Elçimiz olun

Haqqınıza Sahib Çıxın!”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button