Səməd Səmədov niyə “xalq artisti” oldu?

Aşıq Altay: “Çastuşka oxuyan xalq artisti oldu, xalq sənətini təbliğ edənlər hələ gözləyir!”

 Bir neçə gün bundan əvvəl Səməd Səmədova fərdi olaraq “Xalq artisti” fəxri adının verilməsi təkcə müğənniləri deyil, aşıqların da ciddi narazılığına səbəb olub. Aşıqlara qarşı biganəlikdən gileylənən Aşıq Altay Məmmədov “Xural”a bunları dedi: “Məni daha çox təəssüfləndirən odur ki, çastuşka oxuyan xalq artisti oldu, xalq sənətini təbliğ edənlər hələ də gözləyir! Aşıq həmkalarımdan yalnız birinə ötən il fəxri ad verildi, bu il isə aşıqlar heç yada düşmədi. Heç olmasa müstəqillik ərəfəsində bu ayrıseçkilik olmayaydı.”

Qeyd edək ki, aşıq Altay AMEA-nın Folklor İnstitutunun əməkdaşıdır və o, indiyədək 20-dən artıq ölkədə aşıq sənətini təbliğ edib, konsertlər verib. Ötən il isə Parisin “Luvr” muzeyində aşıq sənətini dünya miqyasında təqdim edənlərdən biri olub.

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button