Şəmsi Bədəlbəyli küçəsində memarlıq abidəsi olan sonuncu binaya hücum edilib

24.03.2012

Martın 24-də gündüz Bakı rəhbərliyi Şəmsi Bədəlbəyli küçəsi 80 ünvanında, Azərbaycan Dram Teatrı ilə üzbəüz yerləşən, qanunla qorunan memarlıq abidəsi olan sonuncu binanı sökməyə başlayıb.

Yüzdən artıq yaşı olan üçmərtəbəli binanın sakinlərindən ultimativ formada tələb ediblər ki, martın 23-dək binanı tərk etsinlər. İşlər başlayanda binada heç kəs olmayıb. Binanın sakinlərindən olub öz evinin sökülməsinə baxan İsmayıl adlı şəxs Turan-a deyib ki, orada 14 ailə yaşayırmış. «Hakimiyyət bizə 1 kv metr üçün 1500 manat təklif etdi. Həmin pula şəhərin mərkəzində uyğun ev tapmaq mümkün deyil», deyə o bildirib. Bir neçə aylıq üzücü mübarizədən sonra sakinlərin bir hissəsi icra hakimiyyətinin şərtləri ilə razılaşıb, bir qismi isə məhkəmələrdə mübarizəni davam etdirib. «Əlimizdə olan məhkəmə qərarına əsasən, məsələ tam həllini tapana qədər bina sökülməməlidir, amma hakimiyyət bu qərarı tanımır», deyə İsmayıl bildirib. Şəmsi Bədəlbəyli, Füzuli və Mirzağa Əliyev küçələri praktik olaraq köhnə binalardan zorla təmizlənib. Ölkə rəhbərliyi onların yerində qış bulvarı və  dəbdəbəli özəl binalar tikməyə hazırlaşır. Hakimiyyət sakinlərin çoxsaylı etiraz və məhkəmə iddialarına məhəl qoymur, məhkəmələrin söküntünün dayandırılması barədə qərarına da etina edilmir. Hakimiyyət həmçinin sökülən evlərin sakinlərinə kompensasiya verilməsi barədə məsələni sivil şəkildə həll etmək üçün komissiya belə yaratmayıb və 1 kv metr üçün 1500 manatdan artıq pul verməkdən imtina edir. Təkcə deyilən küçələrdə məmur özbaşınalığından 5 mindən çox sakin əziyyət çəkib. Paytaxtda ziyan çəkənlərin ümumi sayı 60 minə yaxındır.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button