“Sərhədsiz Reportyorlar” jurnalistlərin online təqib edilməsi barədə

“Sərhədsiz Reportyorlar” təşkilatı jurnalistlərin online təqib edilməsinə dair hesabatı dərc edib. Bu hal mətbuat azadlığı üçün yeni bir təhdid, “online trolls hücumu” adlandırılıb.

Sənəddə deyilir ki, fəallar avtoritar rejimlər tərəfindən yaradılan “troll qoşunları”ın hücumlarına məruz qalırlar. Bundan jurnalistləri susdurmaq üçün istifadə edirlər.

Təşkilat bir neçə ay ərzində jurnalistlərə və ifadə azadlığına edilən yeni onlayn hücumları sənədləşdirərək mətbuat azadlığı yırtıcılarının kütləvi hücum əməliyyatlarını analiz edib.

Bu cür faktlar Çin, Hindistan, Türkiyə, Vyetnam, İran, Əlcəzair və Azərbaycan daxil olmaqla 32 ölkədə qeydə alınıb.

Azərbaycana dair bölmədə korrupsiya faktlarını araşdıran jurnalist Xədicə İsmayılovaya qarşı hücum və təqiblər yer alıb.

Bundan öncə hakimiyyət onun evinə gizli kamera quraşdıraraq şəxsi həyatına müdaxilə edib. Onu susdurmaq üçün video İnternetdə yerləşdirilib.

2014-cü ildə o, həbs olunub və yeddi il yarım müddətə azadlıqdan məhrum edilib.

Beynəlxalq təzyiqlərdən sonra 2016-cı ilin mayında onu həbsdən azad ediblər. Lakin üzərindən ittihamlar götürülməyib və ölkədən çıxışı qadağan edilib.

Online-aqressiya dünyada geniş yayılmış bir haldır və hazırda mətbuat azadlığı üçün ən böyük təhlükələrdən biridir.

“İnformasiya müharibələri yalnız ölkələr arasında baş vermir. Həm də bütün dünyada sərf etməyən KİV və jurnalistlərə qarşı aparılır. Mətbuat yırtıcıları və avtoritar rejimlər onlrın qanunsuz hərəkətlərini ifşa edən hər kəsə təzyiq göstərmək üçün öz troll qoşunlarından istifadə edirlər”, – “Sərhədsiz Reportyorlar”ın baş katibi Kristof Delor bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button