Sərksiyandan yeni avanturist mövqe: Qarabağ danışıqları üçün beynəlxalq qarant istəyir

Serzh Sargsyan, Armenia's president, speaks during an interview at his residence in Yerevan, Armenia, on Saturday, April 23, 2016. XXX ADD SECOND SENTENCE HERE XXX. Photographer: Daro Salukauri *** Local Caption *** Serzh Sargsyan

“Təhlükəsizlik qarantiyası olmayınca Azərbaycanla mübahisəli ərazilərə dair sülh danışıqlarına qayıtmağın anlamı  yoxdur”.

Bu sözləri Ermənistan prezidenti Serj Sərkisyan Bloomberg Agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ATƏT-in həmsədr dövlətləri  yeni sülh danışıqlarına qədər etimadın gücləndirilməsi üçün tədbirlər görməlidir.  Sərksiyan həmçinin aprel hadisələrinin baş verməməsi üçün qarantiya tələb edib.

Sərksiyan bunun üçün atəşkəsin pozulmasının araşdıracaq mexanizmlərin işə salınmasını və tərəflərin gücdən istifadə etməyəcəyinə dair rəsmi öhdəlik götürməsini istəyib. Ermənistan prezidenti vurğualyıb ki, münaqişə  zonasında müharibə hər an başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi o qədər də çox deyil.

Sərkisyanın sözlərinə görə,  apreldəki hərbi əməliyyatlar Moskvada baş qərargah rəisləri arasında əldə edilmiş razılaşma ilə dayandırılsa da hazırda münaqişə zonasına rus sülhməramlılarının yeridilməsindən söhbət gedə bilməz:  “Ancaq mən indi belə imkan görmürəm. Əgər heç bir danışıqlar yoxdursa Rusiya qüvvələri Qarabağda necə gələ bilər?”-Sərkisyan sual edib.

Erməni prezident  deyib ki, Rusiya  irimiqyaslı müharibənin qarşısını almaq üçün Azərbaycanla Ermənistan arasında balanslaşdırma həyata keçirir.

Sərkisyan Rusiya XİN-in rəhbəri Sergey Lavrovun səfərinə də toxunub. Onun sözlərinə görə, Lavrov heç bir təzə təklif gətirməyib: “O yaxşı başa düşür ki, 4 günlük müharibədən dərhal sonra danışıqlardan bəhs etməyin mənası yoxdur”.

Sərkisyan maraqlı bir detalı da açıqlayıb:  O bildirib ki, 2011-ci ildə Kazan şəhərində Rusiyanın vasitəçiliyi ilə Azərbaycan prezidenti ilə aparılan danışıqlarda erməni qoşunlarını 5 rayondan çıxarmağa və regiona sülhməramlıların yeridilməsinə razılıq verməyə hazır olub. Lakin Azərbaycan yeni şərtlər irəli sürüb.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button