Şərq bazarının bazarkomu – Rəşid Babayev…

xural.com-a yazırlar…

O, 66 adamın, dolayısı ilə 800-900 insanın çörəyi ilə oynayır…

(“Papalarının gül balaları” yazısına yazılan şərh)

Bu cür insanlardan biri də Sumqayıtın Şərq bazarının bazarkomu Rəşid Babayevdir. Rəşid Babayev çox qansız, çox amansız insandır. O, bizə, yəni 66 nəfərə 1994-cü ildə Şərq bazarının ərazisində bir evin qiymətinə 9 kv.m yeri satıb, amma indi deyir ki, 17 ildir işləyib pulunuzu çıxarmısınız, indi də özüm işlədəcəyəm. Bizim, yəni 66 nəfərin çörəyini tək özü yemək istəyir. Əslində, bu 66 nəfərlə iş bitmir, bu 66 nəfərin hər birinin evində orta hesabla 5 ailə üzvünü də nəzərə almalıyıq. 66 sahibkarın hər birinin yanında 2 nəfər işçi işləyir və onların da hər birinin evində yenə orta hesabla 5 nəfər çörək gözləyir. Ancaq bu günahsız insanlar Rəşid Babayevin heç vecinə də deyil, onun öz şəxsi mülkü bu bazarda, yəni Şərq bazarında 1 hektar ərazidə yerləşsə də, görünür, bu ərazi ona azlıq edir ki, gözünü dikib bu 66 nəfərin 9 kv.m ərazisinə.

Heç bir dövlət orqanı bizim şikayətlərimizə baxmır, halbuki bütün sənədlərimiz öz qaydasındadır. Amma nə faydası, hara şikayət edirik, Rəşid Babayev həmin dövlət orqanlarının məsul şəxslərini pulla satın alır. 66 nəfərin, cəm halda isə 800-900 nəfərin halını heç düşünən belə yoxdur. Məgər biz bu ölkənin vətəndaşı deyilik? Bizə bu ölkədə heç kəs yardım etməyəcək?!

 

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (432), 26 iyun-2 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button