Səudiyyə Ərəbistanı Krallığı jurnalistlərə qadağa qoydu

Bu il Həcc ziyarəti zamanı jurnalist fəaliyyəti ilə məşğul olmaq qadağan edildi

 
Səudiyyə Ərəbistanı Krallığı bu il Həcc ziyarəti zamanı jurnalistlərin Məkkəyə və Mədinəyə daxil olmasına məhdudiyyət qoyub.

xural.com bildirir ki, bu haqda Qafqaz Müsəlmanları İdarəsindən apa.az-a məlumat veriblər. Məlumata görə, Azərbaycandan gedəcək zəvvarların jurnalist fəaliyyəti məşğul olmasına qadağa qoyulacaq.

Qafqaz Müsəlmanları İdarəsi bunu onunla əsaslandırıb ki, Səudiyyə Ərəbistanı Həcc Nazirliyi peşəsindən asılı olmayaraq, hər bir müsəlmanın viza qaydalarına əməl etməklə yalnız zəvvar kimi ziyarətə gedə bildiyini bildirib. Krallıq Həcc ziyarəti zamanı hər hansı KİV-in çəkiliş aparmasına məhdudiyyət qoyub. Bu qərarın bölgədəki münaqişələrlə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində qəbul edildiyi bildirilir.

Qeyd edək ki, Azərbaycanda hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla olmayacaq. Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button