Saakaşvilidən növbəti qalmaqal-VİDEO

Odessada Gürcüstanın keçmiş baş konsulu Teymuraz Nişnianidzenin kabinetində aparılan axtarış əməliyyatları ilə bağlı eks-konsul özü açıqlama verib.

Keçmiş baş konsul Teymuraz Nişnianidze Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşlarının kabinetində hər hansı bir məbləği müsadirə etmədiklərini bildirib.

“UTX əməkdaşları hər hansı bir məbləğ müsadirə etməyiblər. Ümumiyyətlə, axtardıqları elə bir pul da yoxdur, ola da bilməzdi”, – Nişnianidze vurğulayıb(Axar.az).

Xatırladaq ki, Ukrayna Baş Prokurorluğunun müstəntiqləri UTX-nin əməkdaşları ilə birgə Gürcüstanın Ukraynadakı baş konsulluğunun səlahiyyətli əməkdaşlarının 2012-2013-cü illərdə həyata keçirdiyi qanunsuz ƏDV (əlavə dəyər vergisi) əməliyyatları faktı üzrə cinayət işi ilə bağlı axtarışlar aparmışdılar. Həmin axtarışlar zamanı Saakaşvili administrasiya əməkdaşını xilas etmək üçün özü hadisə yerinə getmiş və qalmaqal yaranmışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button