Saakaşvilinin qayıdışı baş tutmadı, seçkiləri Zurabişvili udur

Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.

Virtualaz.org bildirir ki, seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.

Xatırladaq ki, Gürcüstanda prezident postu uğrunda iki əsas namizəd mübarizə aparır. Bunlar hakim “Gürcü Arzusu -Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili və müxalifətin namizədi Qriqol Vaşadzedir.

Onu da qeyd edək ki, Gürcüstanın xarici ölkələrdəki səfirliklərində yaradılan seçki məntəqələri yerli vaxtla saat 24:00-dək fəaliyyət göstərəcək.

Yeri gəlmişkən, seçkilərin ikinci turu ilə bağlı keçirilmiş “exit-poll”un nəticələri artıq açıqlanıb.

“Rustavi 2” televiziya kanalının sifarişi ilə “Edison Research” təşkilatının keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 55%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb.

“Gallup International” təşkilatının apardığı “exit-poll”un nəticəsinə əsasən isə S.Zurabişvili 58%, Q.Vaşadze 42% səs əldə edib. Təşkilat “exit-poll”u “İmedi” televiziya kanalının sifarişi əsasında həyata keçirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button