Saatlı etiraz: “Gülləni xəstəxanada yoxa çııxardılar”

Yayımlandı: 27 Mart 2023 23:03

Saatlıda susuzluğa görə etiraz aksiyasına çıxan Abuzər Soltanov güllə yarasından sonra səndələyərək yeriyir. O deyir ki, polis yaxın məsafədən  ayağına rezin gülləylə vurub.

Abuzər Soltanov deyir ki, etiraz etsələr də, kəndlilərin su problemi həllini tapmayıb. Suyun qarşısı süni əngəllər yaradaraq kəsilib məmurların şirkətlərinə yönəldilir. Nəticədə onların susuz qalmış əkin sahələri ziyan olur.

Martın 13-də Saatlıda susuzluqdan əziyyət çəkən əhali aksiya keçirərkən polisin müqavimətiylə üzləşib. Kəndlilər deyir ki, polis 3 iştirakçıya rezin gülləylə atəş açıb. Daxili İşlər Nazirliyinin sözcüsü Elşad Hacıyev bildirib ki, bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozduğundan polis onlara qarşı “xüsusi vasitələrdən” istifadə etməli olub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button