Saatlıda pambıqçılar kütləvi zəhərləndi-4-ünün vəziyyəti ağırdır

Dünən Saatlının Sımada kəndində pambıq sahəsində çalışan 24 nəfər kimyəvi dərmandan zəhərlənib. Onlardan 4-nün vəziyyəti ağır olduğundan Bakıdakı Respublika Toksikologiya Mərkəzinə köçürülüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova virtualaz.org-a bildirib ki, zəhərlənənlər Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriləndən sonra Bakıdan həkim briqadası göndərilib.

Zəhərlənənlər Sabirabad rayonunun Moranlı kəndinin sakinləridir. Onlar günəmuzd pambıq sahələrində çalışırlar. İlkin araşdırmalara görə, kütləvi zəhərlənməyə pambıq sahələrindəki alaq otlarına qarşı istifadə edilən “Meqasun” adlı preparat səbəb olub. Təlimata əsasən, həmin preparatın tətbiqindən sonra 10 gün ərzində sahəyə daxil olmaq qadağandır. Lakin təlimata əməl edilməyib, işçilər ertəsi gün işə çıxıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, mayın 7-də Sabirabadın Şəhriyar kəndində pambıq sahəsinə işçi daşıyan traktorun lafeti qoparaq su kanalına düşmüşdü. Nəticədə, bir ailənin iki üzvü olmaqla 7 nəfər dünyasını dəyişmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button