Sabah ​iki rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Buna səbəb Siyəzən magistral qaz kəmərləri sahəsində təmir işlərinin aparılmasıdır

Fevralın 26-da saat 10:00-dan 12:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Qusar”, saat 14:00-dan 16:00-dək isə “Xaçmaz” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Report.az SOCAR-a istinadən xəbər verir ki, təmir işləri aparılan müddətdə Qusar rayonunun və Xaçmaz şəhərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button