Sabah Azərbaycanın dağlıq ərazilərində qar yağacaq

Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən apa.az-a verilən məlumata görə, günün ikinci yarısında yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-6, gündüz 8-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində səhər və gündüz bəzi yerlərdə havanın yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı, zəif duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button