Sabahdan bir çox yollar bağlanacaq

neqliyyatQeyd olunan tarixdə sürücülərə aşağıdakı alternativ yollardan istifadə etmək məsləhət görülür: 

xural.com -un verdiyi xəbərə görə, I Avropa Oyunlarının kişilər və qadınlar arasında fərdi ötüşmə velosiped yarışı ilə əlaqədar olaraq, Bakı 2-ci dairəvi yolunda “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən “Sea Breeze” istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyi arasındakı hissəyədək iyunun 17-18-i tarixlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Jurnal.Ws-in Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzinə istinadən məlumatına görə, 17 iyun tarixində saat 11:30-dan 15:30-dək “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən – “Sea Breeze” istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyinədək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

18 iyunda isə 05:30-dan 20:40-dək “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən “Bilgəh Estates”in qərb hissəsində 1-ci geri döngəyədək, saat 06:30-dan 18:40-dək “Bilgəh Estates”in qərb hissəsində 1-ci geri döngədən “Sea Breeze” istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyinədək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Qeyd olunan tarixdə sürücülərə aşağıdakı alternativ yollardan istifadə etmək məsləhət görülür:

– Bilgəh istiqamətində hərəkət edən sürücülər “Jumeirah Beach” otelinin yaxınlığındakı dairəyə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilər.

– “Bilgəh Estates”dən qərb istiqamətdə hərəkət edən sürücülər Maştağa ərazisindən keçməklə Zuğulba magistral yoluna birləşən Abşeron küçəsindən (Məmməd Namazov) istifadə edə bilər.

– Kürdəxanı qəsəbəsinə doğru hərəkət edən sürücülər Zabrat qəsəbəsindən keçməklə Zabrat magistral yolundan istifadə edə bilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button