Sabiq Baş nazir İlham Əliyevə cavab verdi: “Dağlıq Qarabağ münaqişəsi Rus İmperiyasının, SSRİ-nin, totalitar kommunist rejiminin mirasıdır”

Pənah Hüseyn

Elçibəy hökumətinin Baş naziri, Azərbaycan Xalq Partiyasının sədri

 

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi AXC-Müsavat rejiminin acı mirasıdır”
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.”
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi necə AXC-Müsavat rejiminin mirası ola bilər?
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Rus İmperiyasının, SSRİ-nin, totalitar kommunist rejiminin mirası deyilmi?
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana silahlı təcavüzünün nəticəsi deyilmi?
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 ildir həll edilməməsinin səbəbi Ermənistanın işğalçılıq mövqeyi deyilmi?
Nə qədər ki, İstiqlal Günündə də iqtidar zirvəsindən nə faktiki, nə də siyasi cəhətdən həqiqətə uyğun olmayan belə sözlər deyiləcək torpaqlarımızın işğaldan azad olması, ərazi bütövlüyünün bərpası üçün zəruri olan milli birlik əldə olunmayacaq, deməli Torpaq Azadlığı, Ərazi Bütovlüyü də olmayacaq! Qaşıdurma yaradan, milləti, cəmiyyəti bölüb parçalayan, düşmənə qol-qanad açmağa, evimizdə meydan sulamağa imkan-şərait yaradan yanlış, zərərli kursdan əl çəkməyin, heç olmasa Qarabağ məsələsində qarşıdurmaya YETƏR deməyin zamanı hələ də gəlib çatmayıbmı, cənab İlham Əliyev? Bu sizə qarşı olan siyasi müxalifətə də aiddir. Lakin birinci növbədə dövlətin başında, hakimiyyətin başında duran şəxs olaraq, Prezident olaraq YETƏR demək sizin vəzifənizdir!
Bayramımız Mübarək! Yaşasın 28 may! Yaşasın Azərbaycan!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button