Sabiq Daxili İşlər naziri xəstəxanaya yerləşdirildi

Sabiq Daxili İşlər naziri, general İsgəndər Həmidovun səhhətində ptoblem yaranlb və onu Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusuna yerləşdiriblər.

Xural.com-a daxil olan məlumata görə, İsgəndər Həmidovun xəstəxanaya yerləşdirilməsinə səbəb ürəyndə yaranan problemlər olub.

İsgəndər Məcid oğlu Həmidov 1948-ci ildə oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub.

Qarabağ müharibəsi iştirakçısıdır. 1992-ci ildə Ağdərədə gedən döyüşlərdə, minanın partlaması nəticəsində, onun kürəyinə qəlpə girib.

1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button