Rubrikalar: KÖŞƏ YAZARLARI XuralTAC

Xalq yazicisindan xalqa “qaygi”-QALMAQAL

Azərbaycan Dillər Universitetində rektor Kamal Abdulla ilə işdən çıxarılan sabiq dekan Vüsalə Ağabəyli arasında qalmaqal davam edir. Vüsalə Ağabəylinin son yazdığı facebook statusu bu savaşın bəzi məqamlarını gözlər önünə sərir. Xural.com V.Ağabəylinin facebook statusunu dərc edir:

“Mövcud qərəzli vəziyyəti nəzarətdə saxlayan media və ictimaiyyətin nəzərinə son hadisələri çatdırmaq istəyirəm.
Mənimsənilmiş əmək haqqımı və eyni zamanda qanunsuz olaraq verilən töhmət əmrimi müzakirə etdiyim üçün son iki gündür ki, Kamal Abdullanın təzyiqlərinin ölçüsü daha da şiddətlənib. Heyrətə gəldiyimiz nüans isə odur ki, akademik etdiyi yanlışlıqları düzəltmək əvəzinə, daha da qərəzli addımlar atır. Məşədi İbad demişkən, “mənə meymun dediyin bəs deyil, hələ bir əl də verirsən”. Deməli, günahsız olduğum halda töhmət verdikdən sonra qanunsuz şəkildə ağır maddə ilə əmək kitabçama ləkə vurmağı bəs deyil, aylıq əməkhaqqımı kəsir, töhmət verir, universitet elmi şuralarını şəxsiyyətimi və ləyaqətimi təhqir etməyə həsr edir, hələ bir niyə səsimi çıxarıram deyə məhkəmə hədə-qorxusu da gəlir.

Universitet maaşımı tam mənimsəyib

Kamal Abdulla Əmək Məcəlləsinin mövcud maddələrini pozdu, Ali qanunvericilik orqanı olan məhkəmələrə qeyri-qanuni müdaxilələr etdi, indi isə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş Bərabərlik hüququmu (Maddə 25/3, 4), Fikir və söz azadlığımı (Maddə 47/1, 2), Müraciət etmək hüququmu (Maddə 57/1, 2), Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququmu (Maddə 68/1, 3), Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı (Maddə 60/1, 2, 3, 4) hüquqlarımı pozmaqda israrlıdır. Bir müəssisə rəhbəri olaraq Kamal Abdulla niyə bilmir ki, Azərbaycan Respublikası vətəndaşlarının hər hansı vəzifəli şəxsin fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır və tənqidə görə təqib qadağandır. Bəli, mən Kamal Abdullanın fəaliyyətini tənqid edirəm, onun özünü də tənqidlərə açıq olmağa səsləyirəm, çünki o, əmək münasibətlərində ayrı-seçkiliyə yol verən fiziki şəxs olaraq, Əmək Məcəlləsinin Maddə 16/3, 4-ə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. Mən qanuni yolla hüquqlarımı müdafiə etdiyim halda, məndən fərqli olaraq, akademik heç akademik adına və digər titullarına yaraşmayan şəkildə universitetin rəsmi orqanı olan rektoryanı və elmi şurada özü və həmkarı Məsməxanım tərəfindən mənim ləyaqətimi təhqir edərək (Maddə 24/1 və Maddə 46/1, 2) şərəf və ləyaqətimi alçaltmaqla qeyri-peşəkar davranır. Mən Kamal Abdullanın və Məsməxanımın səsləndirmək istədikləri həmin ləqəbi, birbaşa olaraq, onların ən çox hörmət etdiyi və ən çox sevdiyi qadınlara aid hesab edirəm, təbii ki, yaxşı ləqəbdirsə yaxşı, pisdirsə pis.

Sanki Universitet Elmi Şurası deyil, “kolxoz bazarıdır”

Gülməlidir deyilmi? Sanki Universitet Elmi Şurası deyil, “kolxoz bazarıdır”. Bəlkə rektorun belə bir səlahiyyəti var da biz bilmirik? Bəs bütün bunların hamısının məhkəmə perspektivi olduğunu bilirmi cənab rektor? İnsan necə qanunlardan ehtiyat etməz və deyər ki, “səsimi yazan gəlsin, stolun üstünə qoysun telefonunu, yazsın səsimi”. Narahat olmağa heç əsas yoxdur, bütün səsyazmalar bizdə mövcuddur, səslər arxa cərgələrdən də, ön cərgələrdən də səsyazmalarda çox effektli eşidilir, lazım gəlsə təqdim edərik Kamal Abdulla özü də dinləyib feyziyab olar.
Mənə ümumiyyətlə, aydın olmayan bir məsələ var, Kamal Abdulla elə düşünür ki, o hər istədiyini edə bilər, ona günahkar olduğunu demək günahdır və ya mən qanun tələb edirəm deyə günahkaram? Təsəvvür edin ki, əməkhaqqımın kəsilməsi ilə bağlı mühasibatlıqdan rəsmi sənəd istəmişəm, şəkildə gördüyünüz cədvəli təqdim edirlər və imzalamağa çəkinirlər. Əgər həqiqətən də, qanuni olaraq, mənim maaşımı mənimsəməkdə haqlıdırlarsa, onda sənədə rəsmi imza atmağa niyə qorxurlar? Yox əgər doğrudan da kartım işləmirdisə onda bir günün maaşını niyə yazıblar ki… Həmin gün də işləməzdi də kart?!! Hər şey bir tərəfə, bəs hər gün körpə uşağı ilə birlikdə saat 9-dan işə gələn Mahirə Hacıyevanın maaşından tutulan məvacibin və qanunsuz olaraq ona verilən xəbərdarlığın səbəbi mənim ən yaxın rəfiqəm olmasıdırmı? Cinayətin bu dərəcədə amansızlığını biz ancaq tarixdə, bədii ədəbiyyatlarda, Hitlerin addımlarında sezmişdik.

Rektorun köməkçisinin qardaşının yoldaşı niyə işə gəlmir?

Ayrı-seçkilik edir deyəndə nədənsə xoşu gəlmirdi. Ayrı-seçkilik etmirs,ə onda dostunun qızı Çeşmi xanım niyə işə gəlmir, kart vurmur, amm maaşı kəsilmir, töhmət verilmir ona? Ayrı-seçkilik etmirsə, niyə rektorun ən yaxınında olub onu ən çox aldadan Nüşabə Tanrıverdiyevanın qardaşı Tanrıverdiyev Asifin yoldaşı Xəlilova Asudə xadimə olaraq qeydiyyatda getməyinə rəğmən işə gəlmir, kart vurmur, amma 326 manat maaş alır, lakin mənim fəlsəfə doktoru, dosent olaraq 300-400 civarında olan maaşıma göz dikilir? Yaxud da İKT işçisi kimi qeydiyyatda olan Cavid Mövsumzadə və başqalarının adlarının bir şöbədə olub başqa şöbələrdə işləməsi, yaxud bəzilərinin əmri ictimai əsaslarla verildiyi halda, əməkhaqqı yazılması qanun pozuntusu deyilmi sizcə? Bizim universitetdə Kamal Abdulla gələnədək heç vaxt maaş problemi, büdcə sindromu yaşanmamışdı. Büdcəni bəyəm müəllimlər boşaltmışdı ki, onlar da doldursun?
Bütün bunlara rəğmən, rektor Kamal Abdulla tabeliyində olanları hədə-qorxu ilə susdurmağa nail olmaqla kifayətlənmir, hətta medianı da hədələyir. Deməli, hansı sayt, hansı qəzet, ya hansı media orqanı onu tərifləmirsə dərhal məhkəmə ilə hədələyir. Rektor niyə bilmir ki, hər kəsin istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına dövlət tərəfindən təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağandır. (Maddə 50/1, 2 Məlumat azadlığı) Ümumiyyətlə, yerli medianın ciddi-cəhdlə, məhkəmə hədə-qorxusu ilə qarşısının alınmasına çalışması nə deməkdir? Yoxsa rektor dövlətçilik əleyhinə çıxaraq, xarici mediaya yönəltməyə çalışır narazıları? Problemi öz universitetində həll etməyib ölkə ictimaiyyətinə yaydığı kimi, indi də israrla ölkənin hüdudlarından kənara da çıxartmaq istəyir problemləri? Akademik daşıdığı titulların, ard-arda ona verilmiş mükafatların, medalların, xalq yazıçısı adının və ona həvalə olunan kreslonun çəkisini qiymətləndirmirmi?”

Xural.com

Paylaş:

This post was last modified on 11 İyul 2019 7:16 axşam

Share

Son Əlavələr

Əvəz Zeynallıdan Kanal13-ə sensasion müsahibə: “O qədər qudurublar ki…”-VİDEO

  "MÜZAKİRƏ SAATI"-nın qonağı tanınmış jurnalist, "Xural.com"saytının baş redaktoru Əvəz Zeynallıdır. Əvəz bəylə ölkə gündəmini müzakirə etdik. Gündəmi zəbt etmiş…

16 İyul 2019 3:06 səhər

“Meqafon” Azərbaycan xalqından rəsmi şəkildə üzr istədi

Rusiyanın "Meqafon" şirkəti Azərbaycan dövlətindən və xalqından rəsmi şəkildə üzr istəyib. "Report" xəbər verir ki, bu barədə şirkətin Mətbuat xidmətinin…

16 İyul 2019 2:52 səhər

Xural TV-nin “Siyasət meydanı”nda Pənah Hüseyndir-VİDEO

Əvəz Zeynallının moderatorluğunda Xural TV-nin “Siyasət meydanı” layihəsində bu gün qonağımız Elçibəy hökumətinin Baş Naziri, Azərbaycan Xalq Partiyasının sədri Pənah…

16 İyul 2019 2:46 səhər

Mirşahin “Qaynar Qazan”da: “İlham Əliyev dövlətdir”-VİDEO

Real TV-nin rəhbəri Mirşahin Ağayev "Qaynar Qazan"da... Əvəz Zeynallının təqdimatında “Qaynar Qazan”ın 54-cü qonağı REAL TV-nin rəhbəri Mirşahin Ağayevdir. Mirşahinlə…

16 İyul 2019 2:38 səhər

”Keşikçidağ”da insident yaşanıb

18.25.Gürcüstan Sərhəd Polisinin sədr müavini Teymuraz Kupatadze Keşikçi Dağı Məbəd-Kompleksində baş verən insidentə aydınlıq gətirib. Müavin azərbaycanlı sərhədçilərin məbəddən ikonaları…

16 İyul 2019 2:32 səhər

Pənah Hüseyn AXC-nin quruluş tarixindən yazdı

Pənah Hüseyn Elçibəy hökumətinin Baş Naziri, Azərbaycan Xalq Partiyasının sədri   Məlum olduğu kimi, iyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının…

15 İyul 2019 1:24 axşam
Xural.COM