Rubrikalar: GÜNDƏM MANŞET XuralTAC

Sabiq dekan Kamal Abdullanı məhkəməyə verdi, nazirə səsləndi-VİDEO

Bu gün Nəsimi Rayon Məhkəməsində ADU-nun sabiq dekanı Vüsalə Ağabəylinin universitetin rektoru Kamal Abdullaya qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə prosesi keçirilib. Xural.com xəbər verir ki, hakim Rəşid Səmədovun sədrliyi ilə keçirilən məhkəmədə Kamal Abdullanın vəkili Azad Məmmədov prosesin Nərimanov Rayon Məhkəməsinə keçirilməsi üçün vəsatət qaldırıb. Zalda gülüşlə qarşılanan bu vəsatət hakim Rəşid Səmədov tərəfindən qəbul olunmayıb. Vəkil Elçin Sadıqov süründürməçilik etdiyinə görə, hakimdən vəkilin cəzalandırılmasını tələb etsə də, hakim heç bir vəsatəti qəbul etməyib. Məhkəmə 20 sentyabr 2019-cu il tarixinədək təxirə salınıb.

Prosesdən sonra sabiq dekan özünün facebook səhifəsində status yazı. Xural.com Vüsalə Ağabəylinin statusunu təqdim edir: “Əgər Kamal Abdulla cavabdeh şəxs qismində Təhsil Nazirliyini görmək istəyirsə, belə çıxır ki, 70 ç maddəsi ilə verdiyi xitam əmrində, töhmət əmrlərində, maaşımın kəsilməsində və s. indiyə qədər mənə etdiyi təzyiqlərdə Təhsil Nazirliyini özü ilə ortaq və günahkar hesab edir. Belədirsə, buyursun, Ceyhun Bayramov rektor Kamal Abdullaya və ali təhsil ocağında bizim başımıza gətirilənlərə gecikmiş münasibətini bildirsin. Mən Ceyhun Bayramova müraciət edəndə hələ dekam idim, Parvin Mursalova müraciət edəndə hələ müəllim idi, müraciətdən sonra işdən çıxarıldıq. Kamal Abdullanın bu gün məhkəmədə qaldırdığı vəsatət və cavabdeh şəxs olaraq, işi Təhsil Nazirliyinə yönəltməsi, ancaq və ancaq bu anlama gəlir ki, bizim işdən çıxarılmağımızda Ceyhun Bayramovun rolu var. Necə olur ki, 80-ə yaxın kəsirli tələbəyə diplom verir, ölü canlar saxlayır, elm adamlarını təzyiq altına salır onu 70 ç maddəsi çıxarmırlar, amma bir dostunun qızının dərsini aşağı balla qiymətləndirdiyim üçün məni 70 ç maddəsi ilə çıxarır?! Təhsil Nazirliyi öz vəzifə borcunu yerinə yetirsin, əgər Kamal Abdullaya qarşı söz deməyə, real faktlara uyğun araşdırma aparmağa cəsarətləri çatmırsa, onda ləğv olunsun həmin strukturlar. Əgər konstitusiyanın, əmək məcəlləsinin müvafiq maddələrinə, təhsil haqqında əsasnamələrə uyğun davranmırsa Kamal Abdulla, onda bu konstitusiya, əmək məcəlləsi yalnız mənimkimilər üçündür? Kim verəcək bizim haqqımızı, kim müdafiə edəcək bizi? Niyə göz yumulur rəsmi orqanlarda? Nəyi gözləyirsiniz?

Xural.com

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • MƏDƏNİYYƏT
  • XuralTAC

Novruz çərşənbələrinin tarixləri açıqlandı

Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb. AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə…

20 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

DTX Neftçalayla bağlı açıqlama yaydı

Dövlət Təhlükəsizlik Xidməti Neftçala rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı açıqlama yayıb. “Qafqazinfo”nun DTX-yə istinadən verdiyi xəbərə görə, Neftçala…

20 Fevral 2020
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Rəhim Qazıyevin keçmiş kürəkəni tutulub

Sabiq Müdafiə naziri Rəhim Qazıyevi döyən keçmiş kürəkəni tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan…

20 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

“Azərişıq”ın xəbərdarlığının pərdəarxası – işıq oğruları kimlərdir…

Ekspert: “Oğurluğun qarşısını yalnız qanunları sərtləşdirmək vasitəsilə almaq olar” “Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş ”Enerji sektorunda maliyə intizamının…

20 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Ali Məhkəmənin 7 hakimi təqaüdə göndərilib

Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Virtualaz.org-un məlumatına görə, Ali Məhkəmənin sədri Plenumun iclasını…

20 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Neftçalanın həbs olunan başçısı kimdir və niyə həbs edilib?

Kamran Əsədov başçının seçkiyə müdaxiləyə görə həbs edildiyini deyir “Geyimləri üzərində "xüsusi təyinatlı" yazılmış şəxslər bu dəqiqə Neftçala İcra Hakimiyyəti…

20 Fevral 2020
Xural.COM