Sabiq deputat oğlu ilə bank arasında 200 min müəmması

“Zaminbank”ın filial müdiri məhkəməyə məcburi gətiriləcək

Sabiq deputat Elton Məmmədovun oğlunun şikayəti əsasında tutulan şəxsin məhkəməsi davam edir

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib. Bizimyol.info xəbər verir ki, dələduzluqda təqsirləndirilən R.Heybətovun cinayət işində zərərçəkmiş sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur. E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R. Heybətov saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Ona 210 min manatı mənimsəmə ittihamı verilib.
Hakim Azər Paşayevin sədrlik etdiyi prosesdə şahid qismində ifadə verən Gülər Ələkbərova bildirib ki, “Zaminbank”ın mərkəzi filialında xəzinədar vəzifəsində işləyib. “Rövşən Heybətov banka gələrək Türkiyəyə pul göndərmək istəyirdi, amma sənədlər qaydasında olmadığı üçün mümkün olmayıb. Rövşən Heybətovu həmin vaxt tanıyıram, Elnur Məmmədovu isə xatırlamıram”.

Şahid prokurorun sualına cavab olar bildirib ki, Bakıdan pul göndərilmədiyi halda “Zaminbank”ın Türkiyədə Kapalıçarşıdakı filialından 200 min dollar necə görürülməsindən xəbərsidir. O, işlədiyi flilialdan pul göndərilmədiyini deyib.

Zərərçəkən Elnur Məmmədov pulun göndərildiyini desə də, şahid bildirib ki, əgər pul göndərilsəydi, qəbz olardı. “Qəbz yoxdursa, əməliyyat düzgün aparılmayıb” – şahid bildirib.
Hakimin sualına cavab olaraq Elnur Məmmədova bildirib ki, 100 min manatı birinci dəfə bankın fikial rəhbəri olan Nadir adlı şəxsə verib, Nadir də işçisi Gülər xanıma verib. “Növbəti dəfə də 100 min dolları banka vermişəm”.

Şahid isə heç kimdən pul almadığını deyib. Təqdirləndirilən Rövşən Heybətov da heç kimə pul vermədiyini, pulu Türkiyədə götürdüyünü biuldirib.

İş üzrə şahid olan “Zaminbank”da filial müdiri olmuş Nadir İsmayılov prosesıə gəlnədiyi üçün hakim onun barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Qeyd edək ki, E.Məmmədov R.Heybətova 100 min manat verdiyini və Türkiyədə iş görmək üçün yola saldığını deyib. Rövşən Heybətov isə bildirir ki, Türkiyədə avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovdan şikayətçi olub. İstintaqda Elnur Məmmədov məbləğin 210 min olduğunu deyin. Rövşən Heybətov isə 150 min ödədiyini deyir.

Elnur Məmmədov “Best of the Best” promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.(bizimyol.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button