Sabiq Milli Təhlükəsizlik naziri həbs olundu

Vüqar Xasayev: “Adını da qoydular ki, Vəli Əsgərov ev dustağı ola-ola vəkili ilə skayp-la danışır”

Naxçıvanın sabiq Milli Təhlükəsizlik naziri Vəli Əsgərovun barəsində həbs qətimkan tədbiri seçilib. Bu haqda məlumatı sabiq nazirin vəkili Vüqar Xasayev təsdiqləyib. Vəkil deyib ki, mayın 14-də Naxçıvan Prokurorluğuna çağırılan V.Əsgərova deyiblər ki, barəsində cinayət təqibini dayandırmaq niyyətindədirlər: “Səhər Vəli Əsgərovun qardaşı Əli Ələsgərovu Naxçıvan Prokurorluğuna müstəntiq Elşad İbrahimovun yanına çağırdılar. Ona dedilər ki, çox səs-küy salmısınız, qərara gəlmişik ki, Vəli müəllimin işini bir qədər yumşaldaq. Əli Əsgərov da deyib ki, siz işi yumşaldırsızsa, biz də sakit oturacağıq. Bundan sonra müstəntiq növbəti həftənin 1-ci günü Vəli Əsgərovun uşaqlarının doğum və nikah haqda şəhadətnamələrinin gətirilməsini tapşırıb. Mayın 14-də, axşamtərəfi 4-5-də Vəli Əsgərovun özünü prokurorluğa çağırdılar. Oradan aparıblar ekspertizaya. Vəli Əsgərov tələb edib ki, bədəni üzərində olan işgəncə izləri qeydə alınsın. Lakin ekspert xəsarətləri qeydə almayıb”.
Vəkil deyib ki, adını da qoydular ki, Vəli Əsgərov ev dustağı ola-ola vəkili ilə skayp-la danışır. Bu isə ev dustaqlığının şərtlərini pozur. Halbuki Vəli Əsgərova, onun vəkili kimi mənə və digər vəkilinə ev dustaqlığı haqda qərarın surətini verməyiblər. “Məhkəmədə ev dustaqlığı haqda qərar həbs qətimkan tədbiri seçilib, özünü isə ona işgəncələr verilən istintaq təcridxanasına göndəriblər”.
V.Xasayev deyib ki, baş verənlərlə bağlı ombudsmana, Baş Prokurorluğun qaynar xəttinə məlumat verməklə V.Əsgərovun həyatının təhlükədə olduğunu deyib.
Yada salaq ki, V.Əsgərov tutuğu postdan uzaqlaşdırlandan sonra ona vəzifə səlahiyyətlərini aşma və digər maddələrlə ittiham elan olunub. Onu yüksək vəzifəli şəxslərin hüzuruna aparıb, orada döyüb, təhqir ediblər. Bu hal dəfələrlə təkrarlanıb. Vəkil deyib ki, V.Əsgərovun başına torba keçirib boğazına kəndir salmaqla asır, ona işgəncə verirlər. (musavat.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button