Rubrikalar: GÜNDƏM XuralTAC

Sabiq Müdafiə naziri Rahim Qazıyev saxlanıldı

Məlum olduğu kimi, 2020-ci il iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından mövqelərimizi atəşə tutmuşlar. Görülən adekvat tədbirlər nəticəsində düşmənə ağır zərbə endirilib və o, ciddi itkilər verərək geri oturdulmuşdur. Düşmən təxribatlarının qarşısı alınarkən Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçularının ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tez bir zamanda sağalmaları üçün şəfa diləyirik.

Cəbhədə baş vermiş döyüşlər zamanı xalqımızın hər zaman olduğu kimi nümayiş etdirdiyi milli həmrəylik və birliyindən, vətəndaş-dövlət vəhdətindən narahat olan düşmən dairələr və antimilli qüvvələrin respublikada ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmağa, dövlətin, onun ordusunun və digər strukturlarının sistemli fəaliyyətinə zərbə vurmağa uğursuz cəhdləri müşahidə edilməkdədir. Bir qrup şəxs öz çirkin niyyətlərini yerinə yetirmək üçün dövlət sərhədində baş vermiş düşmən təxribatlarından sui-istifadə edərək Silahlı Qüvvələrimizi, Azərbaycan əsgərini, həmçinin hakimiyyət və hüquq mühafizə orqanlarını gözdən salmaq, onlara inamsızlıq yaratmaq, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə xələl gətirmək məqsədilə sosial media səhifələrində əhali arasında çaşqınlıq, ölkədə qarışıqlıq yaratmağa yönələn məlumatlar yaymağa başlamış və dövlət əleyhinə açıq çağırışlar etmişlər.

2020-ci il iyulun 12 və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.

Rəhim Qazıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmışdır.

Azərbaycan Respublikasının informasiya sahəsində milli maraqlarına, həmçinin “Dövlət sirri haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarının və digər qanunvericilik aktlarının tələblərini qəsdən pozaraq dövlət sirri təşkil edən, ölkəmizin müdafiə potensialına, Silahlı Qüvvələrimizin və ordumuzun döyüş qabiliyyətinə zərər vuran dəqiqləşdirilməmiş, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatların yayılması yolverilməzdir.

Eyni zamanda bir daha diqqətə çatdırılır ki, Azərbaycan Respubliksının milli mənafelərinin və təhlükəsizliyinin qorunmasında xalqın həmrəyliyi sarsılmazdır, düşmən həmlələrinə, antiazərbaycan qüvvələrə və onların maraqlarına xidmət edənlərin xaos, anarxiya və təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınmışdır və bundan sonra da qətiyyətlə alınacaqdır.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallı ilə İstanbul söhbətləri-3#SULTANAHMET – VİDEO

Xural TV-nin rəhbəri Əvəz Zeynallının "İstanbul söhbətləri" layihəsinin 3-cü - "#SULTANAHMET" bölümü bu gün yayınlanıb. Xural.com "İstanbul söhbətləri" layihəsinin 3-cü…

2 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Hüquq müdafiəçisinin məhkəməsi keçirilir

Elçin Məmməd : "Mənə qarşı qərəzli münasibət ölkə rəhbərinin islahatlarının ruhuna ziddir" Xural.com xəbər verir ki, iyulun 30-da "Sumqayıt Gənclərinin…

2 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

“İndi mən heç özüm özümə məsləhət verə bilmirəm…”

Son günlər Rusiyada rublun məzənnəsi dollara nisbətən aşağı düşür və bəzi ekspertlər ölkəni “qara avqustun”- devalvasiyanın gözlədiyini təxmin edirlər. Virtualaz.org xəbər…

1 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

İlqar Məmmədov Erkin Qədirlinin müdafiəsinə qalxdı

"Erkin düzgün eləmədi, amma yaxşı elədi..." ReAL partiyasının sədri İlqar Məmmədov deputat Erkin Qədirlinin maliyyə hesabatı ilə bağlı yazdığına münasibət…

1 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Dərslərə oktyabrın 1-dən tez başlamaq mümkün deyil

"Onlayn-distant təhsil ilə tədris ilində başlamaqdansa, başlamamaq daha yaxşıdır. Onlayn təhsil baş aldatmaqdan başqa bir şey deyil" Buraxılış imtahanları, nəhayət,…

1 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

“Mart-avqust aylarında 20 min manat almışam” – Erkin Qədirli

Qurban bayramı münasibəti ilə deputatlara 549 manat bayrampulu verilməsi sosial şəbəkələrdə geniş müzakirələrə və tənqidlərə səbəb olub. Əksər statuslarda işsizlərə…

1 Avqust 2020
Xural.COM