Sabiq nazirin anası və həyat yoldaşı vəfat edib

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, “İmproteks Şirkətlər Qrupu”nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib. Bu barədə “Report”a sabiq nazirin ailə üzvlərindən məlumat daxil olub.

Bildirilib ki, F.Ələkbərovun anası Rubiyyə Ələkbərova və həyat yoldaşı İradə Ələkbərova dünyasını dəyişib.

“Rubiyyə Ələkbərova və İradə Ələkbərova koronavirusdan vəfat etməyib. Rubiyyə Ələkbərova yaşlı qadın idi. İradə xanım isə bir müddət əvvəl koronavirusa yoluxsa da, müalicə olunaraq sağalmışdı. Amma sağaldıqdan sonra insult keçirmişdi və buna görə də həkimlər onun həyatını xilas edə bilmədi”, məlumatda bildirilib.

Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button