Sabiq səhiyyə naziri Əli İnsanov azadlığa buraxılıb –FOTO

Sabiq səhiyyə naziri Əli İnsanov azadlığa buraxılıb.

“Report” xəbər verir ki, qərar Prezident  İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam çərçivəsində 11 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Qeyd edək ki, sərəncam ölkə üzrə ümumilikdə 431 nəfərə şamil olunub.

Martın 17-si səhər saatlarından etibarən Prezidentin əfv sərəncamının icrasına başlanıb. Sərəncama görə, artıq Gözəl Bayramlı və Şəmsiyyə Bəylərqızı da daxil olmaqla 23 qadın 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button