Sabiq vicdan məhbusu cərimə olundu

NİDA Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 200 azn cərimə olunub.

 
Xural.com moderator.az-a istinadən xəbər verir ki, Orxan Eyyubzadənin sözlərinə görə, o piyada keçidindən keçmədiyi üçün polislər tərəfindən xəbərdarlıq alıb. NİDA-çını saxlayan polislərdən biri vaxtı ilə mülki geyimdə onun üzünə duranlardan biri olub. Polis və Orxan arasında mübahisə yaşanıb və nəticədə polislər Orxanı 22-ci polis bölməsinə aparıblar. Bölmənin rəisi Eyyubzadəni tanıyıb və məhbus həyatı yaşadığından xəbərdar olduğunu deyib. Rəis Eyyubzadədən həbsdən çıxan zaman əfv yazıb-yazmadığını soruşub. Orxan Eyyubzadə əfv yazmadığını dedikdən sonra rəis tapşırıq verərək onun işinin məhkəməyə göndərilməsi göstərişi verib:
“Rəisin göstərişi ilə mənə 310.1 maddəsi ilə dünən protokol tərtib olundu. Bu gün Nəsimi Rayonu Məkhəməsinə çıxarılaraq 200 azn cərimə olundum.” Qeyd edək ki, Orxan Eyyubzada bu ilin mart ayında prezidentin imzaladığı əfv sərancamından sonra azadlığa çıxıb. O, dünyanın bir çox hüquq müdafiə təşkilatlarının “vicdan məhbusu” kimi tanıdığı siyahılarında yer alıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button