Sabir Mirzəyev dünyasını dəyişdi…

sabir mirzəyevAzərbaycan mədəniyyətinə ağır itgi üz verib 

Azərbaycan mədəniyyətinə ağır itgi üz verib. Azərbaycanın görkəmli xanəndəsi, Çahargah muğamının görkəmli ifaçısı kimi musiqi tarixinə düşmüş Sabir Mirzəyev bu gün 69 yaşında dünyasını dəyişib

Sabir Mirzəyev ağır ürək-damar xəstəliyindən əziyyət çəkdiyindən yaxınları onu müalicə üçün bir həftə əvvəl Təbriz şəhərindəki xəstəxanalardan birinə aparıblar. Xanəndənin oğlu Etibar Mirzəyevin ANS-ə verdiyi məlumata görə, atasının vəziyyəti elə oradaca daha da kəskinləşib: “Ürəyindən əməliyyat olunmalı idi. Xəstəxanaya qoyduq, əməliyyata çatmadı. Sənədlərini düzəlib bu gün axşam buradan çıxmaq istəyirik. Sabah yəqin ki, Allahın köməkliyi ilə orada olarıq”.

Qeyd edək ki, Azərbaycan incəsənətinin tanınmış xadimləri sırasında Sabir Mirzəyevin layiqli yeri var. O, əmək fəaliyyətinə 1960-cı ildə başlayıb və 50 il ərzində Dövlət Filarmoniyasında, “Azərkonsert” birliyində, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri şərkətində öz sənəti ilə xalqa xidmət edib. Tanınmış sənətkarların ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Sabir Mirzəyev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirib.

Onun ifa etdiyi “Qarabağın maralı”, “Şuşanın dağları”, “Nazlana-nazlana”, “Gülə-gülə”, “Aşıqəm” xalq mahnıları, “Çahargah” və “Rast” muğamları qızıl fondunda saxlanılır.
Azərbaycan muğam sənətində göstərdiyi xidmətlərinə Sabir Mirzəyev 2007-ci ildə əməkdar arist fəxri adına layiq görülüb. Prezident təqaüdçüsü idi.
Allah rəhməğt eləsin!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button