Sabir Rüstəmxanlı Elçibəyin Kələkidə yaşadığı ev muzeyini ziyarət edib

Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı Ordubadın Kələki kəndində olub.

Xural.com xəbər verir ki, Sabir Rüstəmxanlı Azərbaycan Milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin prezidentlikdən sonra məcburən 4 il 4 ay yaşadığı evi ziyarət edib.

Bu haqda Sabir Rüstəmxanlı öz Facebook səhifəsində yazıb:

“Bu gün Kələkidə rəhmətlik Elçibəyin evini ziyarət etdim, ailəsinə baş çəkdim. Balaca otaga ötəri bir nəzər salmaq yetərlidir ki, burda dogulub böyümüş, burda agır günlər keçirmiş dəyərli insanın, əziz dostumuzun böyük ruhunu hiss edib, onun milli ideallarının və vətən sevgisinin necə hüdudsuz bir genişliyə qanad açdıgını hiss edəsən”.

xural.com

         

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button