Sabir Rüstəmxanlıdan analar gününə şeir: “Təkcə Analar ağlamasın!”

Sabir Rüstəmxanlı

Xalq şairi

 

Təkcə analar ağlamasın,
Analar ağlayanda dözə bilmirəm,
Sahilsiz ümmandır ana kədəri
Onu sona kimi üzə bilmirəm…

Təkcə analar ağlamasın,
Dünya yetimləşər ana ağlasa.
Ananın gözünə qəm çiləyənlər
Ananı gözünün üstə saxlasın.

Çəkərəm ananın qəhər payını,
İçərəm ananın zəhər payını,
Təkcə analar ağlamasın.

Qoy ağ çiçəkləri düzüm saçına,
Qarışsın saçının ağı güllərə.
Ana gözlərində bulud görməyim,
Qəmi yaza dönsün, ahı güllərə…

Təkcə analar ağlamasın,
Zirvəmdir, qoymayın onu çən alsın.
Al-qumaş geysə də ona yaraşmaz,
Ananın paltarı sevincdən olsun!
Təkcə analar ağlamasın,
Ana kədərinə dözə bilmirəm!..

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button