Sadə və səmimi baş redaktor

Nigar Almanqızı «Mərkəz»in baş redaktor otağında oturmur…

Hamımızın mətbuatdan yaxşı tanıdığımız və cəsarətli mövqeyi ilə artıq özünə yer edən həmkarımız Nigar Almanqızı bir müddətdir «Mərkəz» qəzetinə baş redaktor gətirilib. Nigar Almanqızının «Mərkəz» qəzetinə gəlməsi ilə qəzetin çöhrəsində ciddi dəyişikliklər meydana gəlib. İqtidarın kursunu dəstəkləməsinə baxmayaraq, seçdiyi mövzu rəngarəngliyi baxımından bu gün kifayət qədər müstəqil görünən qəzet, son günlər tirajında da ciddi irəliləyiş əldə edib. Əldə etdiyimiz bilgilərə görə, redaksiya kollektivi ilə səmimi münasibətlər yaradan Nigar xanım, təsisçinin də dəstəyi ilə Azərbaycan mətbuatında müstəqil xətt tutmağı özünə hədəf götürüb. İqtidardakı bəzi çevrələr onsuz da inhisarlarında olan mətbu vasitələrin müstəqilləşməsi istiqamətində bəzi məsləhətlərə də başlayıblar.

Maraqlıdır ki, Nigar Almanqızı neçə ay keçməsinə baxmayaraq, hələ də baş redaktorun otağına daşınmayıb. Buna onun münasibəti də maraq doğurur: «Baş redaktorluq gəldi-gedərdir, amma keçmiş iş yoldaşlarımla bir otaqda oturmaq mənə rahatdır. Nə mənası var, onsuz da hamımız bir yerdə işləyirik.» Sadə baş redaktorun otağından telefon etmək və ya hansısa görüşü gerçələşdirmək üçün istifadə olunur.

Taleyi oxşamasın, Nigar Almanqızının vəzifə otağına daşınmaması Əbülfəz Elçibəyi xatırlatdı bizə. Əbülfəz Elçibəy də prezident seçiləndə bir neçə ay prezident iqamətgahına getməmişdi…

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button