Sağ olun, Nazim həkim!

Minnətdarlıq…

Sakit Orduxanlı

Hörmətli redaksiya!

Hər dəfə Oxucularımla görüşəndə “yoxsan, deyəsən yazmırsan” deyib sual edəndə onlara hansı cavabı verməyimdən aslı olmayaraq elə sanırdım ki, onlar “Xural”a olan basqılardan qorxduğumu düşünürlər.

Amma bir Allah, bir də siz bilirsiniz ki, altında imzam olan yazıma görə heç kəsdən qorxub çəkinmirəm, o da ola mətbuatın, daha doğrusu, “Xural”ın düşmənləri…

Sadəcə, iki qız balamız və nəvəmin ad günlərinə görə mənə sevinc, 30 İyuna görə şərəf, 15 və 26 iyuna görə qürur gətirən, içimdə yaşatdığım bu ayda – iyunda sözün hər mənasında sınıb susmağın səbəbi bütün cismimi ölgün hala salan, ruhumu, düşüncəmi məhv edən canımın ağrısı idi. Bir sözlə, bu ağrılar məni depressiyaya saldığından nəinki yazmağa, heç yaşamağa həvəsli deyildim və Azərbaycan adlı məkanda həkimlərə inamım qalmadığından İrana getmək fikrindəydim.

Lakin xoş bir təsadüf nəticəsində tanış olduğum Nazim həkim mənim həm həyata, həm də həkimlərə olan inamımı geri qaytardı. Və Cənub televiziyasında qonağı olduğumuz “Ailəmiz” verlişinin çəkilişindən dərhal sonra onun qəbulunda oldum. Nazim həkim məni təmkinlə dinləyib, bir saata yaxın müayinə etdi və baş-beynimi Elektroensefaloqrafiyadan – EEQ – keçirəndən sonra “elə də qorxulu xəstəliyiniz yoxdur, sadəcə bir müddət beyninizi yükləməyin” deyib müalicə olunmaq üçün dərman yazdı. Və təyin etdiyi müalicə kursu 3 gün ərzində özünü göstərdi, ağrılarım azaldı, gecələr yuxusuzluğa son qoyuldu.

Bu gün onun sayəsində depressiyadan tam çıxmışam, cismən və ruhən rahatam.

 

Hörmətli redaksiya!

Əməkdaşınız olaraq sizdən xahiş edirəm ki, məni yenidən aktiv həyata qaytaran, yazmağa, yaratmağa həvəsləndirən ağ xalatlı dostuma – Lənkəran şəhər ƏRBM-in baş həkimi, nevropotoloq Qəribov Nazim Ağababa oğluna qəzetimiz vasitəsilə minnətdarlığımı çatdırasınız.

Sağ olun Nazim həkim, ailəliklə şəfalı əllərinizi sıxırıq!

 

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (432), 26 iyun-2 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button