“Şah Abbas” məscidində niyə azan verilməyib – yenə Elmar Vəliyev?

Gəncənin Şah Abbas məscidində dünən axşam və bu gün azan verilməməsinin səbəbi açıqlanıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Asif Əliyev APA-ya bildirib ki, buna səbəb azanın səsləndirildiyi qurğunun xarab olmasıdır.

Şöbə müdiri qeyd edib ki, dini icma tərəfindən həmin qurğu təmirə göndərilib və artıq bərpa olunub: “Səsgücləndirici qurğu sıradan çıxdığı üçün bu gün səhər və günorta namazlarında azan səsləndirilməyib. Heç bir problem yoxdur, bu gün axşamdan məsciddə azan veriləcək. Sadəcə, bəzi dindarlar bundan xəbərsiz olduqlarına görə narahatlıq keçirmişdilər, biz də onları məlumatlandırdıq”.

Özəl mənbələrdən xural.com-a daxil olan məlumatlarda deyilir ki, “Şah Abbas” məscidində azan verilməməsinin başqa səbəbləri var. Bu, şəhər rəhbərliyi ilə şəhərin dini icmalarının rəhbərləri arasında baş verən açıq narazılıqlarla bağlıdır. Belə ki, şəhərin icra başçısı Elmar Vəliyevin şəhərin din adamları ilə münasibətləri çox kəskin həddədir. Son günlərə qədər bu narazılıqların səbəblərindən biri də “Şah Abbas” məscidinin axundu və onun ətrafında baş verənlərdir. Ona görə də “Şah Abbas” məscidində azan verilməsi dayanıb.

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button