Sahibkarlar 395 min manatların tələb edirlər (VİDEO)

demiryolu etiraz

Sahibkarlar Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin binası qarşısına toplaşıblar.

Onların sözlərinə görə, 2011-ci ildən bölgələrdə Dəmir Yollarının və Texniki Qurğuların Təmir-Tikinti Departamentinin sifarişlərini yerinə yetiriblər.

Departament onlara vaxtında pullarını vermədiyi üçün ayrı-ayrı satış mərkəzlərinə külli miqdarda borclu qalıblar. Cəmiyyətin rəhbəri olmuş Çingiz Məmmədov onlara çatacaq pulu verməkdən imtina edir.

ADY2

Xural.com-un meydan.tv-yə istinadən verdiyi xəbərə görə, sahibkarlar bildirirlər ki, onlar bununla bağlı bir neçə quruma-Prezident Administrasiyasına, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, Ombudsman Elmira Süleymanovaya, Milli Məclisin komitə sədri Səməd Ziyadzadəyə şikayət ediblər. Lakin hələ də onların şikayətinə baxılmayıb.

ADY

Sahibkar Camal Əhmədli qeyd edir ki, ötən gün Qapalı Səhmdar Cəmiyyətinin birinci müavini Əlirza Süleymanovla görüşüb. O, şikayətlə bağlı Çingiz Məmmədova məlumat verdiyini çatdırıb. Amma Çingiz Məmmədov hələ də şikayətçiləri qəbul etməyib.

Sahibkar bildirir ki, onlar bölgələrdə bir çox dövlət əhəmiyyətli müəssisələrin- Heydər Əliyev adına muzeylərin, Heydər Əliyev adına parkların salınması, habelə ana və uşaq mərkəzlərinin yaradılmasında fəal iştirak ediblər.

Azərbaycan Dəmir Yollarında sahibkarları qəbul etmədilər. Qapalı Səhmdar Cəmiyyətindən suallarımıza  cavab verən olmadı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button