Şahin Həsənlinin ölümü araşdırılır

“Mənəvi dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin sədri, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nümayəndəsi Şahin Həsənlinin ölümü araşdırılır.

“1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır”, – Baş Prokurorluğun məlumatında bildirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) isə bildirilib ki, Ş.Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına martın 2-si, saat 05:30 radələrində çağırış daxil olub. “Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürəktutmasından həkiməqədər ölüm qeydə alınıb”.

Məlumatda vurğulandığına görə, ailəsindən bildirilib ki, Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.

Ş.Həsənlinin ölümü sosial şəbəkələrdə də müzakirə edilir.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button