Rubrikalar: ARAŞDIRMA DÜNYA XuralTAC

Şahzadə xanımlar əmir ərlərindən niyə qaçırlar?-ARAŞDIRMA

Noonpost (Misir), 03.07.2019

Kütləvi informasiya vasitələrinin Fars körfəzi saraylarından qadınların qaçdığı haqda məlumat verdiyi artıq ilk dəfə deyil. Şəxsi səhifələrdəki bütün fotoşəkillərə və başqa dərclərə baxmayaraq, baş verənlər, əslində, akkauntlarda gördüklərimizlə hərdənbir üst-üstə düşür. Şəbəkəyə sızan gizli hesabatların çoxu qadınların saray qapılarının arxasında yaşadıqları dözülməz şəraitdən xəbər verir. Onların həyatına hər cür göz qoyur və məhdudlaşdırır, onları hətta barəsində heç nə bilmədiyimiz həbs cəzası, işgəncə və başqa cəzalarla hədələyirlər. Hər şeyin nə qədər pis olduğunu ehtimal etmək gücündə deyilik.

Yaxşı nümunə Dubay əmiri şeyx Məhəmməd ibn-Rəşid əl-Məktumun bu yaxınlarda uşaqlarını və 31 milyon avronu özü ilə götürərək alman diplomatının yardımı ilə ölkədən qaçmış arvadı, İordaniya şahzadəsi Hayyə bint əl-Hüseynin başına gələnlərdir. Qadın ərindən boşanmaq və Almaniyadan sığınacaq istəmək niyyətindədir. Bundan qabaq daha bir epizod olub – 2018-ci ilin aprelində qızı Lətifə şeyxdən qaçmağa çalışıb.

Bu əhvalat necə başa çatıb və qadınlar Dubayın başçısından niyə qaçırlar?

Dubayın başçısı saray qadınlarına nə edir?

Əbu-Dabinin varis şahzadəsi Məhəmməd bin-Zaid və Dubayın əmiri Almaniyadan şahzadəni və uşaqları BƏƏ-yə qaytarmağı xahiş ediblər, amma Berlin bu xahişi rədd edib. Ola bilsin, bu hadisədən sonra iki ölkə arasında diplomatik böhranın şahidi olacağıq. Britaniyanın “Detained in Dubai” hüquq müdafiəsi təşkilatının direktorunun sözlərinə görə, BƏƏ və şəxsən şeyx Məhəmməd ibn-Rəşidə qarşı ciddi ittihamlar göz qabağındadır. Rada Sterlinq əlavə edib: “Bunun yaranmış durumdan narahat olan ölkələrin arasında dramatik nəticələri ola bilər”.

Şahzadə İordaniyanın mərhum kralı Hüseyn bin-Təlalın qızı və ölkənin indiki kralı Abdullanın bacısıdır. Onu 2004-cü ildə Məktum ailəsinə ərə veriblər və madam qadın öz səbri, səmimiliyi və qadınlara sayğısı ilə qürrələnən ibn-Rəşidin yanında qalmağı bacarmayıbsa, görünür, onun ailə həyatı o qədər də xoşbəxt deyilmiş.

Mümkün nəticələrə və hətta həyat üçün təhlükələrə baxmayaraq, Hayyəni nəsə belə addım atmağa vadar edib. Bu, şahzadənin qaçmağının ciddi suallar və həyatına görə böyük əndişə doğurduğu fikrində olan Sterlinqin sözlərini təsdiq edir.

Bu hadisə iki dəfə təkrar olunub. Əvvəlcə Dubay başçısının qızı Lətifə şeyxin var gücü ilə yaratmağa və dünya birliyinin qarşısına irəli sürməyə çalışdığı imicini məhv edib. Qız saraydan qaçmazdan qabaq çəkilmiş videoyazılardan birində bildirib: “Dubayın başçısı olan atamın özü və insan haqları haqda danışmağa çalışdığı hər şey xalis uydurmadır! O, həyatda haçansa rastlaşdığım ən qorxulu adamdır. O, başdan-ayağa şərdir, onda yaxşı heç nə yoxdur”.

Qız bundan başqa atasının çoxlu adamın həlakında əli olduğunu, habelə öz nüfuzunu qorumaqda son dərəcə təlaşa düşdüyünü göstərib. Onun sözlərinə görə, bunun üçün adam öldürmək gərək olarsa, o bunu tam soyuqqanlılıqla edər.

Lətifə videoyazıda atasının mədəni insan və qayğıkeş ailə başçısı görünmək istəyinə – ki, gerçəkliyə heç cür uyğun gəlmir –  mübtəlalığı haqda dəfələrlə danışır. Onun əslində necə yaşadığı və adamlarla necə davrandığı ona loyal KİV-lərin önə çəkdiyi obraza tamamilə ziddir. Qız onun cinayətlərindən örnəklər gətirir: dəlliləri ört-basdır etmək üçün evlərə od vurmaq, qızın da məruz qaldığı döymək və işgəncələrə həvəs, qalan uşaqlara qarşı etinasızlıq: “Onun Livanda cəmi bir dəfə gördüyü, əlini sıxmaqla kifayətləndiyi oğlu var”. Lətifə onu “iyrənc adam” və “prinsipcə rastlaşılması mümkün ən pis cinayətkar” kimi təsvir edib. Lətifənin əhvalatında ən kədərlisi saraydakı cəhənnəmdən qaçmaq ümidilə yazılmış hekayət deyil, yaxtada Hindistan sahillərinə qədər üzmək cəhdidir. Hindistan və Əmirliyin hərbçilərinin onu sahilin yaxınlığında ələ keçirmələri və Dubaya qayıtmağa vadar etmələridir.

2000-ci ildə Lətifənin bacısı Şəmsə qaçmağa çalışıb. Cəhd puça çıxıb, qızı Kembricin küçələrində həbs ediblər və o vaxtdan onun haqqında heç kim eşitməyib. Sterlinqin sözlərinə görə, şübhəsiz, Lətifənin videoda təsvir etdiyi bütün cinayətlərin şahidi olmuş şahzadə Hayyəni də belə bir aqibət gözləyə bilər.

“The Sun” qəzetinin iddia etdiyi kimi, şahzadə “öz həyatına görə  qorxduğundan” qaçıb. Qadın Britaniya paytaxtına keçmək istəyib, amma yerli hökumətlərə inanmır, qorxur ki, onu Dubaya qaytara bilərlər. O, vətəninə də qaça bilməyib: BƏƏ və İordaniya arasındakı möhkəm iqtisadi münasibətlər onun qardaşına basqı olar və onu qadını və uşaqlarını BƏƏ-yə geri qaytarmağa və bununla da sərvəti, haradasa, 10 milyard avro təşkil edən başçı ilə münasibətləri saxlamağa vadar edə bilərdilər.

Ən nəhayətdə, Almaniya hökuməti şahzadəni verməkdən boyun qaçırıb, hakim ailə isə hadisəni şərh etməyib, amma gözlənildiyi kimi, sıradakı yığcam ifadə olacaq qısa bəyanat verəcək: “şəxsi məsələ” və “Birləşmiş Ərəb Əmirliklərini nüfuzdan salmağa yönəlmiş dövlət gündəliyi”.

Ola bilsin, əvvəlki qaçışlardakı kimi, hüquq müdafiəsi qrupları və BMT-nin bütün səy və təzyiqlərinə baxmayaraq, hökumət xəbər verər ki, şahzadə və ailəsi sağ-salamat evdədirlər və “yalan məlumatlar”a inanmaq gərək deyil.

Qeyd etmək lazımdır ki, belə hadisələr qadınların qaçış həyata keçirdiyi, zorlama, məcburi nikahlar və amansız davranışa qarşı durduğu Səudiyyə Ərəbistanında da baş verib. Örnək – mərhum kral Abdulla ibn-Əbdüləzizin öz tarixçəsini “Sarayın susan şahzadələri” adıyla nağıl edən qızı. Bu problemlər hüquq müdafiəsi təşkilatlarının səyi sayəsində işıqlandırılır. Bu xüsusən də siyasi sığınacaq axtaranlara aiddir.

Tərcümə Strateq.az-ındır

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

“Düşmən ümid edir ki, Azərbaycanda satqın bir nəsil formalaşacaq”-ŞOK

İlham İsmayıl Düşmən ümid edir ki, Azərbaycanda satqın bir nəsil formalaşacaq və Qarabağı təslim edəcək... Azərbaycan parlament seçkilərinə hazırlaşır. Ermənilər…

10 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Tural Abbaslı və Pənah Hüseyn “Siyasət meydanında”: “Seçkilərə kimlər gedir?..”-VİDEO

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və AĞ Partiyanın sədri Tural Abbaslı 09 dekabr 2019-cu il, saat 19:00-da canlı yayında…

10 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Zəlimxan Məmmədli “Siyasət meydanı”nda: “Müxalifət birləşə bilmir”-VİDEO

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli 09 dekabr 2019-cu il, saat 17:00-da canlı yayında Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

10 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Qüdrət Həsənquliyev Milli Məclisin Gəncəyə köçürülməsini təklif etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Moderator.az saytına qısa müsahibə verib. Müsahibəni xural.com oxucuları üçün təqdim…

8 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Ümid Partiyası seçkilərdə iştirak qərarı verdi-72 namizədlə

Ümid Partiyası 09 fevral 2020-ci ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərində iştiraka qərar verdi. 07 dekabr 2019-cu ildə…

7 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Cərrahlar Rəşad Mahmudov və Mircəlal Kazımi dünyada bir ilkə imza atdı

Azərbaycanlı cərrahlar Rəşad Mahmudov və Mircəlal Kazımi dünyada ilkə imza atıblar. Publika.az xəbər verir ki, cərrahlar Mərkəzi Gömrük Xəstəxanasında keçirdikləri eyni…

7 Dekabr 2019
Xural.COM