Rubrikalar: KÖŞƏ YAZARLARI XuralTAC

Şair Heydər Oğuz akademik İsa Həbibbəylini təriflədi: “Adamın sözləri qızıldır, qızıl”

“İsa Həbibbəylinin övladları sözün bütün mənalarında ata çörəyi yeyirlər”.

“Hürriyyət” xəbər verir ki, şair-publisist Heydər Oğuz bu iddiadadır.

O, akademik İsa Həbibbəylinin oğlu Səhət İsa oğlu Həbibbəylinin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilməsi münasibətilə yazdığı facebook paylaşımında öz fikirlərini bu cür əsaslandırıb:

“Novruz Məmmədov yenicə Baş nazir təyin olunanda İsa Həbibbəyli onu təriflədi-bir oğlunu Nazirlər Kabinetində Aparat rəhbərinin müavini qoydular. Sonra Vasif Talıbovu təriflədi-bu biri oğlunu Naxçıvan gömrüyünün sədri təyin etdilər.

Göz dəyməsin, adamın sözləri qızıldır, qızıl. Ağzından çıxan kimi böyük sərmayəyə çevrilir.

Sözlə övladlarına çörək qazanmağı böyük məharətlə bacaran hörmətli akademikimizi “Ata çörəyi” şeirimlə salamlayıram”.

Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bir müddət əvvəl qəzetimizin bir yazısıyla başlayan Naxçıvan polemikalarında iştirak etmiş və muxtar respublika rəhbərliyini dəstəkləyən geniş yazı qələmə almışdı. Üzərindən bir neçə gün keçdikdən sonra isə onun oğlu Səhət Həbibbəyli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun martın 5-də imzaladığı fərmanla bölgənin Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin olundu. Görünür, şair-publisist də bu iki hadisə arasında hansısa üzvi əlaqələr qurmağa çalışıb.

Şairin hörmətli akademikə ünvanladığı “Ata çörəyi” şeirini təqdim edirik:

Yedik ölənəcən ata çörəyi,

Ana südü qədər yadda qalmadı.

İki il əmilən süd dildən düşməz,

Ata çörəyinin duzu olmadı.

Ata çörəyinin duzsuzluğundan

Əsla gətirmədik adını dilə.

Düşdü dilimizə ana dil kimi

Atanın dediyi kəlamlar belə

Harda anamızın izini gördük,

Ona Vətən dedik, ona yurd dedik.

Ana gəlin köçdü ata yurduna

Bizsə yurdumuza ana yurd dedik.

Atadan geriyə qalan mirasın

Olmaq istəyincə yalnız yiyəsi

Qardaşın haqqına təcavüz oldu

Bütün fikrimizin ana qayəsi.

Ən böyük yollara ana yol dedik

Analar atadan kiçik olsa da.

Hər il tək qeyd etdik ana gününü

Ona hədiyyəni ata alsa da.

Ata nəsihəti tez yaddan çıxdı

Bir cəza kəsmədi buna yasalar.

Qaldı bir kənarda ata sözləri

Tabumuz olarkən anayasalar.

Sanki bu dünyaya gəlişimizdə

Atanın bir izi, tozu yox imiş

Iki il əmilən süddə gücə bax

Ata çörəyinin duzu yox imiş.

Paylaş:

This post was last modified on 6 Mart 2019 10:07 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

“Düşmən ümid edir ki, Azərbaycanda satqın bir nəsil formalaşacaq”-ŞOK

İlham İsmayıl Düşmən ümid edir ki, Azərbaycanda satqın bir nəsil formalaşacaq və Qarabağı təslim edəcək... Azərbaycan parlament seçkilərinə hazırlaşır. Ermənilər…

10 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Tural Abbaslı və Pənah Hüseyn “Siyasət meydanında”: “Seçkilərə kimlər gedir?..”-VİDEO

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və AĞ Partiyanın sədri Tural Abbaslı 09 dekabr 2019-cu il, saat 19:00-da canlı yayında…

10 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Zəlimxan Məmmədli “Siyasət meydanı”nda: “Müxalifət birləşə bilmir”-VİDEO

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli 09 dekabr 2019-cu il, saat 17:00-da canlı yayında Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

10 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Qüdrət Həsənquliyev Milli Məclisin Gəncəyə köçürülməsini təklif etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Moderator.az saytına qısa müsahibə verib. Müsahibəni xural.com oxucuları üçün təqdim…

8 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Ümid Partiyası seçkilərdə iştirak qərarı verdi-72 namizədlə

Ümid Partiyası 09 fevral 2020-ci ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərində iştiraka qərar verdi. 07 dekabr 2019-cu ildə…

7 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Cərrahlar Rəşad Mahmudov və Mircəlal Kazımi dünyada bir ilkə imza atdı

Azərbaycanlı cərrahlar Rəşad Mahmudov və Mircəlal Kazımi dünyada ilkə imza atıblar. Publika.az xəbər verir ki, cərrahlar Mərkəzi Gömrük Xəstəxanasında keçirdikləri eyni…

7 Dekabr 2019
Xural.COM