Şair Şəhriyar Del Gerani koronavirusa qalib gələrək, evə buraxıldı

Bir neçə gün öncə koronavirusa yoluxan tanınmış şair Şəhriyar Del Gerani müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Musavat.com bildirir ki, bu barədə şairin özü “Facebook” səhifəsində məlumat verib:
“Dünənki təkrar müayinədən sonra “Yeni Klinika” tibb müəssisəsinin direktoru Dr. Pərviz Abbasov tərəfindən səhhətim asimptomatik dəyərləndirildi və ambulator müşahidəyə göndərildim. Bu gündən etibarən ev şəraitində özümü bir müddət izolyasiya etməliyəm”.

Şəhriyar Del Gerani hazırda özünü yaxşı hiss etdiyini bildirib: “”Covid 19″la mübarizədən qalib ayrıldım. Amma dünyada və doğma məmləkətimizdə bu görünməz düşmənlə mübarizə davam edir. Bütün düşünən insanlar kimi mən də özümü bu mübarizənin əsgəri hesab edir və bütün müstəvilərdə bu möhtəşəm xalqa xidmət etməyi özümə şərəf bilirəm. Allah bütün xəstələrimizə şəfa versin, mübarək diyarımız Azərbaycan bu amansız sınaqdan üzüağ, minimum itkiylə çıxsın”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button