Sakinlər daha bir icra başçısından narazılıq etdilər

images (5)20.06.2013

Oğuz Rayon Şirvanlı kəndində bir həftədir su olmdığı üçün əhali etiraz aksiyasına başlayıb. Aksiya ərazisinə Oğuz Rayon İcra Hakimiyyətinin başcısı Eyvaz Qurbanov da gəlib.

O müəyyən vədlər verməyə çalışsa da, sakinlər onun dediklərinə inanmadıqlarını bildiriblər. Hiddətlənən sakinlər qarşısında duruş gətirə bilməyən icra nümayəndələri kəndə polis qüvvələrinin yeridiməsinə nail olublar. Sakinlərdən Müsavat Oğuz Rayon təşkilatının üzvü, Qarabağ qazisi Eldəniz Adıgözəlov icra başcısına su və digər problemlər barədə etirazını bildirdiyinə görə, icra başçısının göstərişi ilə polis tərəfindən döyülərək həbs edilib. Hazırda Eldəniz Adıgözəlov Oğuz Rayon polis bölməsindədir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button