Salam Sarvanın kitabı çıxdı – “Heykəl tənhalığı” / FOTO

Azərbaycanın tanınmış şairi Salam Sarvanın yeni kitabı nəşr olunub.
Xural.com xəbər verir ki, “Qanun” Nəşriyyatında çap olunan şeirlər kitabı “Heykəl tənhalığı” adlanır.
Şair deyib ki, kitabın xüsusi təqdimatı olmayacaq: “”Heykəl tənhalığı” şeirlər kitabı “Qanun” nəşriyyatının təşəbbüsüylə (Şahbaz bəyə təşəkkür) çapdan çıxdı. İndi satışdadı, ürəyi istəyənlər şəhərin bütün kitab dükanlarından ala bilərlər. “Fəvvarələr bağı”ndakı yarmarkada da var. Xüsusi təqdimat mərasimi keçirməyə ehtiyac görmədik”.
 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button