Salyanın sabiq icra başçısı həbs edildi

Bir müddət öncə Salyan rayonunun sabiq icra başcısı Yusif Ələkbərov polis tərəfindən saxlanılıb

Rayondan verilən məlumata görə, buna səbəb sabiq başçının polisə itaətsizliyi olub. Bu itaətsizlik ona iki gün polisdə saxlanmaq hesabına başa gəlib. Verilən məlumata görə, məsələdən xəbər tutan rayonun polis rəisi Fuad Məmmədov hər kəsin qanun qarşısında cavabdeh olduğunu deyib və sabiq başçının saxlanması barədə göstəriş verib.

Ancaq Yusif Ələkbərovun 5 gün saxlanması barədə məsələ sonradan 2 günlə əvəzlənib. Beləcə, rayonun sabiq başçısı iki gününü polisdə keçirməli olub.

Xəbəri dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxladıq. O, qeyd etdi ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyində hər hansı məlumat yoxdur.

Sabiq başçının özü ilə əlaqə yaratmaq cəhdimiz isə alınmadı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button