Şamama Zeynallı: “Mənim heç kimdən aman istəmək fikrim yoxdur”

“Contact” İA

23 Noyabr 2011

Ailəmiz artıq bir ildir ki, günbəgün, saatbasaat, dəqiqə və dəqiqə Əvəz Zeynallının həbsini gözləyirdi. Amma Əvəzi gərək bir qadının əli ilə şərləyib həbs etdirməyəydilər. Oğlumu mərdi-mərdanə həbs etmək lazım idi”. Bunu “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının anası Şamama Zeynallı “Obyektiv” televiziyasına (www.Obyektiv.tv) müsahibəsində deyib. Onun sözlərinə görə, son iki ildə Ə.Zeynallının həbsi üçün müxtəlif ssenarilər qurulub: “Xural” qəzetinin Mətbuat Şurasının qara siyahısına salınması da bu ssenarinin tərkib hissəsi idi. Bu qadın iki il ərzində nə qədər çalışdı Əvəzə rüşvət verə bilmədi. Əgər Əvəz rüşvət götürsə idi, bu qadın gözünü qırpmadan pulu verib oğlumu tutdurardı. Qoluna qandal vurardılar, pulu da fakt kimi götürərdilər. Daha oğlumu müsahibə üçün gedəndə oğurlamazdılar”. Ana hesab edir ki, Azərbaycan xalqı Ə.Zeynallının həbsinin səbəblərini çox yaxşı bilir: “Uşaq da, böyük də, ata da, ana da, bacı da bilir ki, Əvəz Zeynallı prezidentlə bağlı tənqidi yazısına görə həbs edilib. Ramiz Mehdiyevin sayəsində Əvəz həbs olunub”.

Ş.Zeynallı Əvəzi mübariz ruhda tərbiyə etdiyinə görə özünü günahkar sayır: “Mən Əvəzi bu dövrlə ayaqlaşan insan kimi tərbiyə etməmişəm. Bu səbəbdən də hamıdan çox, Ramiz Mehdiyevdən də çox özümü günahkar hesab edirəm. Mən günahkaram. Ona düzgün tərbiyə vermişəm. Belə tərbiyə isə bu dövrdə alınmır”. Ana deyib ki, oğlunu ona görə rüşvət üstündə həbs ediblər ki, o 12 ildir rüşvətxorluqla mübarizə aparır: “Mən bilirəm, o, “Xural” qəzetini necə çap edirdi. Kiçik kollektiv maaş almadan belə işləyirdi. Mən pensiyamla ərzaq alıb qəzet kollektivinə xörək bişirmişəm, onlara siqaret almışam. Buradan Ramiz Mehdiyevin Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşlarına müraciət edirəm: əgər Əvəz rüşvət alıbsa, mən də oğlumun üzünə durmağa hazıram. Maraqlı deyilmi? Mənim qohumlarımın hamısı Əvəzin kollektivi üçün yemək bişirib”. O, qanunvericiliyə istinadən deyib ki, istintaq hansı səbəbdən rüşvəti verənə qarşı cinayət işi açmır. “Mənim təhsilim yoxdur. Bu ölkədə bir hüquqşünas yoxdurmu, soruşsun ki, siz Əvəzə niyə rüşvət təklif etmisiniz? Axı, qanunvericiliyə görə, rüşvəti təklif edən və verən də cinayət məsuliyyəti daşıyır. Əvəzi həbs edənlər rüşvəti verənləri, təklif edənləri niyə tutmur? Niyə soruşmur ki, bu qədər pulu haradan alıb, rüşvət verirsiniz? Sən, əgər düz adamsansa, niyə rüşvət verirsən?”, – o vurğulayıb.

Ana oğlunun həbsi ilə bağlı dövlət qurumlarına müraciətinin olmadığını deyib: “Mənim heç kimdən aman istəmək fikrim yoxdur. Onlara bir sözüm var: pul, villa, qızıl əşyaları, maşın hər şey demək deyil. Mən onların hamısından varlıyam, ürəkliyəm və alnıaçığam. Ona görə ki, mən Əvəz Zeynallının anasıyam, onun kimi oğul böyütmüşəm. Amma onlar bilməsinlər ki, çox böyükdürlər. Onlardan yuxarıda rəbbimiz var. Mən onun ədalətinə sığınmışam. Azərbaycan hökumətindən heç bir ədalət gözləmirəm. Nə də aman istəmirəm. Mən allahımın ədalətinə sığınmışam”.

Əlaqəli məqalələr

3 şərh

  1. XURALDA İŞLİYEN,DOSTLAR EMEKTAŞLAR.SEVGİLİ EVEZ ZEYNALLI İÇİN,PREZİDENTE BİR MAKALE YAZARAK MURACAATTA BULUNMUŞTUM.MAKALEMİ AZADLIKTA GANİMET BEYE GÖNDERDİM. YAYINLANMADI.O MAKALEMİ MUTLAK GANİMET BEYDEN ALINIZ VE XURALDA YAYINLAYINIZ.ÖNEMLİDİR.GANİMET BEYDE ÖYLE UYGUN GÖRMÜŞTÜ.DR YAHYA TAŞDELEN .ANKARA

  2. şamama bacım,siz allahın şerefli namuslu kulusunuz.evez gibi bir vatanperver bir evlat yetiştirdiğiz için,vatanımız size minnettardır ,bende zeynalla iftihar edir ona güvenirem o yine enkısa zamanda ülkemize en güzel görevlleri veecektir.hiç şüphem yoktur. PROF.DR. YAHYA TAŞDELEN. ANKARA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button