Samir Əsədliyə cavab
Səftər Rəhimli
Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü, Azərbaycan Nümayəndəliyinin rəhbəri, DAK Qurultaya Hazırlıq Təşkilat Komitəsinin üzvü
Vallah oğru elə bağirdi ki, doğrunun bağrı yarıldı
Arxada məsələləri şəxsi müstəviyə çəkdirmək çabaları var və bu niyyəti VHP təşkilat məsələlər məsulu, DAK-ın mahiyyətindən xəbəri olmayan Samir Əsədli səviyyəsində həyata keçirmək istəyirlər. Lakin mən belə davranışlara çox təəssüf edirəm və üzülürəm. DAK Azərbaycanın ilk beynəlxalq təşkilatıdır və demokratik təşkilatdır. Demokratik təşkilatlarda rəhbərliyə seçilənlər bəzi yanlış fəaliyyətlərinə görə, seçənlər tərəfindən müxtəlif formalarda mənfi qərarlar alınar və cəzalana bilərlər. Əgər hamımız doğrudan da demokratiyadan yanayıqsa, mənə elə gəlir ki, belə məsələləri faciə kimi qəbul etmək lazım deyil. Əksinə, hamı səhv edə bilər, burada böyüklük göstərib demokratiyanin bir qanunauyğunluğu kimi qəbul etmək lazımdır.
Amma bizim tərəfdən təşkilatımızın daha da qabağa getməsi istiqamətində çalışmalarımız davam edir, fəaliyyətimiz qurultayın qərarları və Nizamnamə çərçivəsində həyata keçirilir. Hesab edirəm ki, DAK İH və DAK NTK-nın verdiyi hər iki qərar təşkilatımızı yeni bir mərhələyə götürəcək və bu günə qədər DAK-da böyük xidmətlər göstərmiş və müəyyən səbəblərə görə təşkilatımızdan incimiş, getmiş dəyərli aydınlarımız, içtimai-siyasi xadimlərimiz, gənclərimiz, millət vəkillərimiz DAK-a dönəcək, bütün umu-küsünü bir kənara qoyacağıq və bir çətir altında Azərbaycanımızın birliyinə və inkişafına, əmin-amanlığa və sülhə, dürüstlüyə və ədalətə, gözəlliyə və xoşbəxtliyə doğru birgə addımlayacağıq. Tel:0502818370